"Mən bu sözləri Xaqani Məmmədova yedizdirəcəm, narahat olmasın"

21.11.2014 | 8133 dəfə oxunub

"Həyasız və tərbiyəsiz Xaqani Məmmədovun özüdür. Mən bu sözləri ona yedizdirəcəm, narahat olmasın, zamanı var". Stadium.az xəbər verir ki, bu sözləri "Neftçi" klubunun prezidenti Sadıq Sadıqovun müşaviri vəzifəsində çalışan Elnur Əşrəfoğlu deyib.

"Xaqani Məmmədov gülə-gülə soyunub geyinmə otağına daxil oldu. Sanki Xaqani Məmmədovun xoş bir günüdür. O, Zaqatalaya məqsədli şəkildə gəlmişdi ki, "Neftçi" uduzsun. Məmmədov 7-ci turda "Neftçi” və "Qarabağ” arasındakı qarşılaşmaya gəlməmişdi. Halbuki, həmin turun mərkəzi oyunu idi, Bakıda keçirilirdi. Bəs indi necə olur ki, Bakıdakı oyuna getmir, amma 500 km məsafə qət edib, Zaqatalaya gedir. Zaqatalaya xüsusi tapşırıq vermək üçün gəlmişdi. Bilirsiz, mən onu əlinə düdük götürən gündən tanıyıram. Nə vaxt oyun idarə etməyə başlıyıb, o gündən tanıyıram. Harda rüşvət alıb, nə işlər görüb, faktlar var mənim əlimin altında. Mənim ağzımı açdırmasın ki, hər şeyi mətbuata açıqlayım. Faktlarla danışıram. 4 oyun oldu ki, hamısı hakim səhvləri ilə yadda qaldı. "Bakı"- "Qarabağ", AZAL - "Qəbələ", "İnter" - "Xəzər Lənkəran" oyunlarında hakimlər kobud səhvlərə yol verdilər. Klubların hamısı öz etirazlarını bildirirlər. Deməli, sən bu işin öhdəsindən gələ bilmirsən. Postunu tərk elə, çıx get. AFFA rəhbərliyi, şəxsən Rövnəq Abdullayev Azərbaycan futbolunun inkişafı üçün görün nə qədər diqqət və qayğı göstərir, nə qədər sərmayə ayırır. Elə hakimləri götürək, ildə iki dəfə təlim məşq toplanışına gedirlər, UEFA seminarlarında olurlar, ölkələr gəzirlər. Bunlar isə qarşılığında səviyyəsiz, qeyri-peşəkar, qərəzli idarəçiliklə bütün bu işlərin üstünə kölgə salırlar. Xaqani Məmmədov işinin öhdəsindən gələ bilmir. O, postunu qoyub, çıxıb getməlidir". (Goal.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail