Bəhmən Həsənov: ""Simurq"la oyunda uğursuzluq olsa, istefa verəcəm""

16.08.2011 | 5015 dəfə oxunub

Mövsümün əvvəlində iddialı olan "Rəvan"ın uğursuz startı komandada gərginliyə səbəb olub. İlk turda səfərdə "Kəpəz"lə qarşılaşan və qələbəni əldən verən "Rəvan" ötən tur çempion "Neftçi"yə də məğlub olub.

Stadium.az xəbər verir ki, növbəti tur "Simurq"la səfərdə qarşılaşacaq "Rəvan"ın baş məşqçisi Bəhmən Həsənov açıqlamasında komandadakı uğursuzluqların səbəbindən danışıb və bundan sonra hadisələrin necə cərəyan edəcəyinə aydınlıq gətirib.

İlk iki turda şanssız olduqlarını bildirən Bəhmən Həsənov "Kəpəz"lə oyundakı məğlubiyyətə daha çox məyus olduğunu bildirib:

"İlk oyunda şanssızlıqlarımız çox oldu. Oyunları izləyib, analiz etmişik. Komandada oyun baxımından problem olmasa da, son anda ələ düşən fürsətləri qola çevirə bilmədik. Bu, hər zaman təsadüf edilən bir şey deyil ki, hesabda öndə olan komanda matçın sonlarında - 2 dəqiqədə 2 qol buraxaraq məğlub olur. Bu epizodlarda qapıçının da səhvləri var idi. Gözlənilməz məğlubiyyət komandaya psixoloji cəhətdən təsir etdi ki, bu da "Neftçi" ilə oyunda özünü göstərdi. Bir çox qol epizodumuz oldu, ancaq dəyərləndirə bilmədik. Rəqib isə əks-hücumda qol vurdu və qələbə qazandı. Ancaq mənə "Neftçi"yə məğlubiyyətdən çox "Kəpəz"ə uduzmağımız təsir edir. Hər halda, "Neftçi"nin səviyyəli oyunçulara sahib olduğunu və gücünü hər kəs bilir".

Növbəti tur "Simurq"la qarşılaşacaqlarını qeyd edən təcrübəli mütəxəssis səfərdən uğursuz nəticə ilə qayıdacaqları halda vəzifəsindən gedəcəyini açıqlayıb:

"Əgər Zaqatalada da uğursuz nəticə olsa, istefa verəcəm. Özünə hörmət edən insan, bu addımı atmalıdır. Mövsümün əvvəlində iddialı açıqlamalar vermişdim, lakin gözlənilmədən ilk iki tur uğursuz oldu. Əgər bundan sonra da mənimlə uğur qazanmaq mümkün olmayacaqsa, nəyə görə komandanı pis vəziyyətdə qoymalıyam?!"

premyerliqa.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail