Robert Prosineçki Azərbaycana heyran qalıb - MÜSAHİBƏ

25.11.2014 | 6802 dəfə oxunub

Azərbaycan millisinin baş məşqçisi olacaq xorvatiyalı futbol mütəxəssis Robert Prosineçki "Xəzər Lənkəran" - "Neftçi" oyunundan sonra jurnalistlərin sualların cavablandırıb: 

- "Xəzər Lənkəran" - "Neftçi" matçını izlədiniz. Təəssüratlarınızı bilmək istərdik...
- Burada qarşılanmağımdan tutmuş hər şey xoşuma gəldi. Burada ilk dəfə oyun izlədim. Hər şeyi bəyəndim. Oyuna gəlincə, birinci hissə xoşuma gəldi. İkinci hissədə isə çoxlu qırmızı vərəqə vardı. Əvvəllər heç vaxt bir oyunda 4 qırmızı vərəqə görməmişdim.

- Sizin Azərbaycan yığmasına baş məşqçi təyin olunacağınıza nə vaxt aydınlıq gələcək?
- Mən burada bir neçə gün qalacam. Səfərimizin sonunda AFFA ilə bu məsələyə yekun qərar verəcəyik.

- Hansı şərtlər əsasında qalmağı düşünürsüz?
- Hələ bu barədə danışmaq istəmirəm. Əgər burada çalışası olsam, ailəmlə Azərbaycanda qalacam. Gördüklərim ürəyimcədir. Azərbaycanın digər çempionatlarının da oyunlarına baxacam.

- Deyirlər ki, siz nəsə xoşunuza gəlməyən kimi istefa verib gedirsiz. Bu, belədir?
- Xeyr, bu düz deyil. Səbəbsiz getmərəm. Kayseridə mənim belə bir səbəbim vardı. Burada isə hər şey fərqlidi.

- Eşitdiyimizə görə, "Qarabağ"ın Avropa Liqası çərçivəsində "Saint Etienne"lə oyununu izləmək üçün Fransaya gedəcəksiz...
- Bəli. Stadionan bu oyunu izləmək istəyirəm. Buna görə də, Fransaya gedəcəm. 

- Yığmamızın Xorvatiyaya 0:6 hesablı məğlubiyyətini yəqin ki, görmüsüz. Sizcə, millimizdə nə çatışmırdı?
- Bilirsiz, futbolda belə hallar olur. Azərbaycan həmin görüşdə yaxşı oynadı. Mən kömək etməyə çalışacam ki, belə hallar olmasın. Fikrimcə, Azərbaycan yığması bacardığı oyunu nümayiş etdirə bilmədi. Komandanızın belə bir potensialı var.

- Bəlkə, yığmamızı məhz siz çalışdıracağınızı deyəsiz?
- Bir az da səbr etmək lazımdır. Şəhəriniz xoşuma gəldi. Amma yekun qərar öncəsi yenə görüş keçirəcəyik.

- Əfran İsmayılov qırmızı vərəqə aldıqdan sonra tribunanı tərk etdiniz. İntizam xoşunuza gəlmədi?
- Belə davranışdan razı qala bilmərəm. Amma Əfranla yanaşı başqa futbolçular da xoşuma gəldi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail