Tərlan Əhmədov: “Bunu deyənlərə Allah qənim olsun” - MÜSAHİBƏ

25.11.2014 | 4966 dəfə oxunub

AZAL klubunun baş məşqçisi Tərlan Əhmədovun müsahibəsi: 

 -"Qəbələ"ylə oyunda hakim sizin komandanızı çox "sıxdı”. Və bu oyunun baş hakimi Ömər Paşayev hakimlikdən uzaqlaşdırıldı. Nə deyə bilərsiz? 
- Hakim niyə elə etdi, kimə arxayındı, bilmirəm. Bunları onun vicdanına buraxıram. Söysəm, təhqir etsəm, o xallar geri qayıdası deyil. Hər halda, o iki xalın özü bizim üçün böyük əhəmiyyət daşıyırdı. Oyundan 3 xalla ayrılsaydıq, indi vəziyyət başqa cür olardı. "Qarabağ"la da görüşə tamamilə başqa motivasiyada çıxardıq. Dünənki oyunda da hiss olunurdu ki, "Qəbələ" ilə oyunda olan hadisələrdən sonra komandada həyəcan var. AZAL hər oyuna qələbə üçün çıxır. Fərqi yoxdu ki, rəqibimiz "Qarabağ" və ya sonuncu pillədə olan komanda olsun. Komanda getdikcə öz oyununu tapır. AZAL "Qarabağ"la görüşün ilk 30 dəqiqəsində göstərdi ki, meydana qələbə üçün çıxıb. Azlıqda qaldıqdan sonra öz oyunumuzu itirdik. Nəticədə məğlub olduq. Müdafiədə çatışmazlıqlar var. Çalışacağıq ki, bu çatışmazlıqları aradaq qaldıraq. 
21 Dekabra qədər çalışacağıq ki, makismum xallar qazanaq. 

- Sizin qarşınıza Avroliqa şərti qoyulub. Bu gedişlə buna nail ola bilməyəcəksiz axı...
- Bizim 10 xalımız var, "Qarabağ"ın 24. 3 xallıq sistemdə bu, o qədər də böyük problem deyil. İndidən desək ki, biz Avroliqanı itirmişik bu, səhv fikir olar. Hər an, hər şey dəyişə bilər. Hər şey 2015-ci ilin mart ayından sonra bəlli olacaq. Kimlər çempionluğa gedir, kimlər Avroliqaya, kimlərsə də liqada qalmaq uğrunda mübarizə aparacaq.

- Vaxtilə sizin stadiona molla gətirdiyiniz və rəqibləri cadu etdiyiniz deyilirdi. İndi isə deyirsiz ki, sanki sizin meydan lənətlənib. Bəlkə əks təsir göstərib?
- Hərə ağzına gələni danışır. Bunu deyən insanlar özləri elə o işlərlə məşğuldur. Şərəf ləyaqətini itirən o qədər insan var ki. O qədər yazırlar ki, Tərlan oynayan vaxtı belə eləmişdi, indi belə edir. Mən onları nə azərbaycanlı kimi qəbul dirəm, nə də şərəfli bir insan kimi. Şərəfli insan heç vaxt başqasında səhv axtarmır. Bu bir. İkincisidəki bunlar hamısı şaiyədi. Bunu deyənlərə Allah qənim olsun. Mən molla, cadugər gətirməmişəm və bu işlə də məşğul olmamışam.
Elə bil ki, meydança lənətlənib. Komanda bir il ərzində öz meydanında qalib gələ bilməyəndə, qələbəni son dəqiqələrdə əldən verəndə, adamın ağlına çox şey gəlir. Mən futbolçu karyeramda belə hadisə ilə rastlaşmamışdım. Nə deyim, bilmirəm.

- Qışda komandadan gedənlər olacaq? 
- Komandadan 4-5 nəfər gedəcək, bu dəqiqdir. İndidən açıqlama vermək istəmirəm. Son turdan sonra hər şey bilinəcək. Yeni nəfəslər cəlb olunacaq.

- Sizin yerinizə AZAL-a Nazim Süleymanovun baş məşqçi gələcəyi deyilir…
- Bu barədə danışmaq istəmirəm.

- Komandanızın oyunu alınmır, uğursuzluq davam edir. Belə deyək də, AZAL-da limitiniz hara qədərdi? 
- Bu barədə qərarları mən vermirəm. Rəhbərlik necə istəsə, elə də olacaq. Mən hal-hazırda işimin başındayam. (Goal.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail