Vüqar Nadirov "Sent Etyen"lə oyundan danışdı - MESAHİBƏ

28.11.2014 | 8860 dəfə oxunub

Avroliqanın 5-ci turu çərçivəsində "Qarabağ" səfərdə "Saint Etienne"in qonağı olub. Stadium.az xəbər verir ki, 1-1 hesabı qeydə alınan oyundan sonra "Qarabağ"ın hücumçusu Vüqar Nadirov jurnalistlərin suallarını cavablandırıb:

Oyun barədə nə deyə bilərsiz?
- "Sent-Etyen"ə qarşı səfərdə oynamağın çətin olacağını gözəl başa düşürdük. Belə də oldu. Şadam ki, buradan bir xalla qayıda bildik.

Qrupdakı digər oyunda "İnter" "Dnepr"ə qalib gəlməklə sizin qrup ikincisi olmağınıza şərait yaratdı...
- Həmin oyunun nəticəsindən xəbərim var. Amma hadisələri qabaqlamaq fikrim yoxdu. Səbrli olmaq lazımdı. Qarşıda bizim hələ çempionat oyunlarımız var. Bunu unutmamalıyıq. Yalnız həmin oyunlardan sonra "İnter"lə görüş haqda düşünə bilərik.

"Qarabağ"ın sona bir tur qalmış qrupunda ikinci olacağını düşünürdüz?
- Əlbəttə, arzularımız böyük idi. Biz hamımız özümüzə, bir-birimizə inanırıq. Bura da yaxşı oyun sərgiləməyə, nəticə qazanmağa gəlmişdik.

Fransızların fikrincə, siz qol epizodunda topu əllə saxlamışdız...
- Xeyr, mən topu əllə qəbul etmədim. Mümkündü ki, kənardan elə görünürdü. Amma topu çiynimlə qəbul etdim. Əlləoynamamışdım. Həm də hakim yaxınımda idi. Əllə oynasaydım, hakim bunu dərhal görərdi.

Milanlıların qrup liderliyini təmin etməsi onların Bakıdakı oyuna əsas heyətlə gəlməyəcəyinə işarə sayıla bilər?
- Biz belə şeylərlə özümüzü aldatmamalıyıq. Öz oyunumuz haqda düşünməliyik və maksimum nəticə qazanmağa çalışmalıyıq.
Bir epizodda rəqib komandanın baş məşqçisi Kristof Qaltye sizə nəsə deyirdi...
- Ona elə gəldi ki, mən vaxt aparıram. Amma əslində elə deyildi. Həmin epizodda doğrudan da zədələndiyimə və ayağımda ağrı olduğuna görə yerdə uzanmışdım.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail