Pərviz Abdullayevin növbəti rəqibi müəyyənləşdi

29.11.2014 | 6766 dəfə oxunub

Belarusun paytaxtı Minsk şəhərində K1 qaydaları üzrə dünya kəməri uğrunda superdöyüşdə qələbə qazanan Azərbaycanın və “Qəbələ” İdman Klubunun kikboksçusu Pərviz Abdullayevin bu uğuruna həsr olunan mətbuat konfransı keçirilib. 

Stadium.Az xəbər verir ki, 72,5 kq çəki dərəcəsində ən güclü adını qazanmaq üçün baş tutan mərakeşli Rəşid Belani ilə qarşılaşmanın yekunları ilə bağlı tədbir Bakıdakı “Qafqaz Point” otelində təşkil olunub. Mətbuat konfransında kikboksçu ilə yanaşı, “Qəbələ”nin döyüş növləri üzrə əlaqələndiricisi Səbuhi Qarayev və Abdullayevin şəxsi məşqçisi Mehman Umudov da iştirak ediblər.

Qarayev “Qəbələ”də digər idman növlərinə ayrılan diqqətdən, məqsədlərdən danışıb: “Qəbələ” İdman Klubunda bir çox bölmələr fəaliyyət göstərir. Bu yaxınlarda bizdə sərbəst güləş bölməsi də fəaliyyətə başladı. Məqsədimiz, uşaq-yeniyetmələrimizi sağlam ruhda tərbiyələndirməkdir”. Minskdəki döyüşlə bağlı danışan Umudov isə yetirməsinin asanlıqla qalib gəlməsinə baxmayaraq, rəqibinin zəif olmadığını bildirib. Onun sözlərinə əsasən döyüşün tez bitməsi Belaninin zəif olması ilə deyil, idmançımızın daha güclü olması ilə bağlıdır.

“Həmişəki kimi yenə döyüşə daha hazırlıqlı idim. Belani ilə qarşılaşmaya 2 ay əvvəldən hazırlaşmağa başlamışdım. Bunun nəticəsində də taktiki və texniki cəhətdən heç bir çatışmamazlığım yox idi. Rəqibimi də yaxşı öyrənmişdim. Düzgün üslub seçib, həlledici məqamda afrikalını nokauta göndərdim”. Abdullayev karyerası ilə bağlı planlarını da açıqlayıb. O bildirib ki, növbəti döyüşünü 2015-ci ilin fevralında keçirəcəyi də, rəqibi də müəyyənləşib: “2015-ci ildə də reytinq xarakterli döyüşlərdə qüvvəmi sınayacağam. İlk belə sınaq fevrala planlaşdırılıb. Həmin vaxt “Draqu” ləqəbli erməni kikboksçusu Qoqa Arutyunyanla qarşılaşacağam. Rəqibim K1-də tanınmış rinq ustalarından biri sayılır. Promouterlər bu görüşün maraqlı, gərgin və diqqətçəkən olacağını nəzərə alıb, belə bir dueli təşkil ediblər. Həmin döyüşdə də qalib gəlib, xalqımızı sevindirərəm”.


gabalafc.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail