Qurban Qurbanov "Simurq"la oyundan sonra Vüqar Nadirova "sataşdı"

30.11.2014 | 4935 dəfə oxunub

“Azarkeşlərimiz üçün maraqlı qarşılaşma keçdi. Səhvlər danılmazdır, həmişə olur. Uşaqlar əllərindən gələni etdilər”. Stadium.az xəbər verir ki, bu sözləri “Simurq”la oyundan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis rəqib haqda xoş fikirlər səsləndirib: “Simurq” haqqında ancaq xoş sözlər söyləmək istəyirəm. Məncə, onlar bu mövsüm Avrokuboklara vəsiqə qazanacaqlar. Bu səfərdən 1 xal da hər bir rəqib üçün qazancıdr. Həm nəticədən, həm də oyundan razı qaldım”.

Qurbanov zədəli olan Reynaldo haqda da danışıb: “Reynaldonu dünən Qəbələdən Bakıya göndərdim. Fransada dediyim kimi, zədəli futbolçularımızın bu il sıraya qayıtması sual altındadır. Hələ bizim üçün səfər bitməyib. Ona görə də hələ boş vaxtımız olmayıb. Hər oyunda balans yaratmağa çalışırıq. Qarşıda kubok və çempionat oyunlarımız var.

Standard vəziyyətlərdə səhvlərimiz var. Şəhriyar Əliyevi daim hazırlayırıq. O üzərində çox işləyir. Onun gələcəkdə müdafiənin mərkəzində çıxış etməsi imkanı var. Vüqar Nadirova biz uzaqdan zərbə vurmağı tapşırmırıq. Əksinə onun belə zərbə vurmasını azaltmağını istəyirik. Amma vurduğu 3 zərbədən 1-i qapıya gedibsə, bu özü müsbət haldır”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail