“6 il səsi çıxmayan mütəxəssislər Norveçlə oyundan sonra bülbül kimi cəh-cəh vurmağa başladılar”

01.12.2014 | 3643 dəfə oxunub

AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində millimizi Norveçlə oyuna baş məşqçi qismində çıxaran Mahmud Qurbanov maraqlı fikirlər səsləndirib. Goal.az xəbər verir ki, Qurbanov mətbuata açıqlamasında bəzi yerli mütəxəssisləri ciddi tənqid edib:

“Niyə bəzi yerli məşqçilər Foqts Makisimi dayaq yarımmüdafiəçisi kimi oynadanda, Bədavinin mövqeyini dəyişəndə ağızlarına su alıb durmuşdular? Heç efirdə, mətbuatda almanı tənqid etmirdilər. Hələ deyirdilər ki, Foqts düz edir. Peşəkar futbolçu hər mövqedə oynamalıdı. Ancaq Nazarovu meydana buraxmamışam deyə məni az qala xalq düşməni çıxarırlar.
Çox maraqlıdır ki, 6 il səsi çıxmayan mütəxəssislər Norveçlə oyundan sonra bülbül kimi cəh-cəh vurmağa başladılar. Bu da mənə çatmır. Görəsən, niyə üzdə “Mahmud, sən hər şeyi düz etmişdin” deyən bəzi yerli məşqçilər gedib başqa yerlərdə dalımca danışırlar. Sözün var, səhvim var, kişi kimi üzümə söylə. Hamısı da yaxşı bilirdi ki, Mahmud yalnız bir oyunda milliyə rəhbərlik edəcək.

6 ildir danışmağa özündə cürət tapmayanlar noyabrın 17-dən ağızlarını açıb, gözlərini yumublar. O da maraqlıdır ki, məni tənqid edənlər, heyəti müəyyənləşdirərkən səhv etdiyimi söyləyənlər nədənsə oyundan öncə və sonra Norveçi ictimaiyyətə zəif rəqib kimi qələmə verməyə çalışırdılar”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail