"Bakı-2015" Çində də yayımlanacaq

09.12.2014 | 2943 dəfə oxunub

"Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsi Çinin Mərkəzi Televiziyası ilə İlk Avropa Oyunlarının bütün ölkədə yayımlanmasını təmin edəcək saziş imzalayıb.

Komitədən Trend-ə verilən məlumata görə, saziş televiziya stansiyasının CCTV 5 və CCTV 5+ idman kanallarına bütün Çin ərazisində müstəsna yayım hüquqları verir.

Təxminən 1.2 milyard tamaşaçı auditoriyası olan televiziya stansiyası vasitəsilə Oyunların açılış və bağlanış mərasimləri, eyni zamanda, hər bir 20 idman növü üzrə keçiriləcək yarışlar nümayiş olunacaq.

"Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib: “Çinin Mərkəzi Televiziyası İlk Avropa Oyunlarının bütün Asiyada böyük sayda idman azarkeşləri tərəfindən izlənməsini təmin edən sazişi bağlamaqdan çox məmnunuq. "Bakı-2015" Avropa Oyunları Avropanın bir sıra elit idmançılarının yarışacağı müstəsna idman bayramı olacaq və bütün dünya azarkeşlərinin yarışlara köklənəcəyini bilmək çox gözəldir”.

Sazişə görə yarışlar Çinin Mərkəzi Televiziyasının bütün rəqəmsal media platformaları, o cümlədən internet və mobil rabitə vasitəsilə yayımlanacaq.

Çinin Mərkəzi Televiziyası ölkədə idman yayımı sahəsində dominant televiziya stansiyasıdır. Stansiya həm Yay, həm də Qış Olimpiya Oyunları, eyni zamanda, Asiya Oyunları, FIFA Dünya Kuboku, UEFA Çempionlar Liqası və dünyadakı digər bütün əsas idman yarışlarının yayım hüququna malikdir.

Çinin Mərkəzi Televiziyasının rəhbəri Jen Hepin söyləyib: “Birinci Avropa Oyunları beynəlxalq idman təqviminə möhtəşəm əlavə olacaq. Biz "Bakı-2015" Avropa Oyunlarından ən yaxşı anları Çindəki idman azarkeşlərimizə nümayiş etdirəcəyimizə görə özümüzü çox xoşbəxt hiss edirik”.

Bu günə qədər Avropa Oyunları yarışların dünyanın 33 ölkəsində yayımlanmasını təmin edəcək bəzi yayım sazişlərinə imza atıb. Buna bənzər bir sıra sazişlərin yaxın gələcəkdə də imzalanacağı gözlənilir.

"Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin Kommersiya şöbəsinin direktoru Çarli Viceratna qeyd edib: “Bu günə qədər bağladığımız yayım sazişlərindən çox məmnunuq. Həmin sazişlər İlk Avropa Oyunlarının dünyadakı idman azarkeşləri üçün yüksək keyfiyyətdə yayımlanmasını təmin edəcək. "Bakı-2015" Avropa Oyunlarına olan marağın qitənin hüdudlarını keçdiyini bilirik və 17 gün ərzində dünyanın zövq alacağı idman yarışları keçirəcəyimizə ümid edirik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail