Mais Mənsimov pulları ödədi, "Xəzər Lənkəran"lılar sözün tutdu

09.12.2014 | 4059 dəfə oxunub

"Xəzər Lənkəran" Premyer Liqanın XV turunda hər mənada "Qəbələ"ni üstələdi. Stadium.az xəbər verir ki, hesab bir yana, oyun da gözəgəlimli idi. Oğuz Çətinin komandası bir-birindən maraqlı taktiki variantları praktikadan keçirdi və bu, onlarda əla alındı. Hər halda "ağ-yaşıllar" daha çox qol vura bilərdi. "Qəbələ"ni açıq oyuna məcbur edən cənubluları bəxt önlədi. Qonaqlar həmlələrini dayandırmağa aciz göründü. 

Mais Mənsimov bu matçdan öncə futbolçulara əlavə motivasiya verib. Klub prezidenti iki ayın maaşını birdən ödənilməsinə dair maliyyə sənədini imzalayıb. Əməkhaqlarını alan oyunçular bunun müqabilində sözünü qələbəylə tutub.

Maraqlıdır ki, oyundan əvvəl "Neftçi"ylə görüşdə yersiz qırmızı vərəqə aldığı üçün maddi baxımdan cəzalanan Sadio Tounkarayla Əfran İsmayılov cəzalanmışdı. Görünən odur ki, Əfranla Tounkaranın cəzalanması bütün komandaya dərs olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail