"Bakı-2015"in açılışında 6 min nəfərlik şou

10.12.2014 | 2087 dəfə oxunub

2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarının açılış mərasiminin bəzi detalları açıqlanıb. Stadium.Az "Bakı-2015"in saytına istinadən xəbər verir ki, iyunun 12-də saat 20:15-də başlayacaq tədbir Azərbaycan mədəniyyətini və ənənələrini bütün dünyaya tanıdacaq, ev sahibi şəhərin müasir Avropanın həyatındakı rolunu əks etdirəcək.

Milli Stadionda olacaq açılış mərasiminin yarışlarda iştirak edəcək bütün idmançılarda qürur hissi yaradacağı da bildirilir.
 
"Bakı-2015"in mərasimlər üzrə direktoru xanım Katerin Uqvunun sözlərinə görə, Avropa Oyunlarına ev sahibliyi edən Azərbaycanın tarixi boyu ərsəyə gətirdiyi ən böyük canlı şouda 6 min könüllü iştirak edəcək: “Açılış mərasimində Azərbaycan incəsənətinin, mədəniyyətinin və nailiyyətlərinin ən böyük uğurları nümayiş etdiriləcək və idmançılar Bakıda salamlanacaq. Bu qədər həvəsli iştirakçını bir arada görmək mükəmməl bir hissdi və əminəm ki, gələn dinləmələrdə daha çox sayda iştirakçını görəcəyik”.
 
Afina-2004-ün mərasimlərinin bədii direktoru qismində gördüyü işlərlə böyük rəğbət qazanmış Dimitris Papaioannou iştirakçı dinləmələrinə başladıqları üçün çox həyəcanlı olduqlarını və növbəti həftələrdə daha çox könüllünü görməyə ümid edir.
 
Bu arada "Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsi bu yaxınlarda İlk Avropa Oyunları həyəcanını paylaşmaq üçün “Ailə günü” tədbirini keçirib. İşçi heyətinin ailə üzvləri gimnastika və qılıncoynatma növləri üzrə nümayişləri izləmək, canlı musiqidən zövq almaq və Oyunların açılış mərasiminə geri sayımı qeyd etmək üçün "Bakı-2015"in baş ofisinə dəvət olunub.
 
Hazırda "Bakı-2015"in işçi heyətində dünyanın 43 ölkəsindən 1200-dən çox nümayəndə təmsil olunur.
 
Qeyd edək ki, "Bakı-2015"in açılış mərasimində çıxış edəcək iştirakçılar üçün dinləmələrə start verilib. Burada könüllü olmaq üçün yaş həddi 18 və ya daha çox olmalıdır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

07.04.2020

06.04.2020

05.04.2020

04.04.2020

03.04.2020

02.04.2020

01.04.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ