Tahir Gözəl: "İnter”lə oyun “Qarabağ” tarixinin ən vacib qarşılaşmasıdır" - MÜSAHİBƏ

11.12.2014 | 8097 dəfə oxunub

“Qarabağ” klubunun vitse-prezidenti Tahir Gözəlin Stadium.Az saytına özəl müsahibəsi:

 - Tahir bəy, əvvəlcə “İnter”lə vacib qarşılaşma barədə fikirlərinizi bildirərdiz...

- “İnter” çox böyük klubdur. Belə keçmişi olan komandanı bura gətirmək asan iş deyil. Bu gecə mənim üçün böyük gündür. Əminəm ki, bütün Azərbaycan bu oyunu gözləyir.  

- Bəs demək olar ki, “Qarabağ” tarixinin ən vacib oyununa çıxacaq?

- Bəli. Şəxsi nəzərimə görə və əhəmiyyətini nəzərə alsaq, “İnter”lə bu axşamkı oyun “Qarabağ” tarixinin ən vacib qarşılaşmasıdır.

- Biz yaxşı bilirik ki, həmişə komandaya lazimi qiyməti vermisiz. Siz də, klubun prezidenti Abdulbari Gözəl bəy də. Bəs “Qarabağ” qrupdan çıxsa, komandaya xüsusi bir mükafatınız və ya sürpriziniz olacaq?

- Bizim komandanın əsası mənəvi dəyərlər üzərində qurulub. Komandanı heç vaxt qısa müddətli maddiyyatla idarə etməmişik. İndi ən öndə olan vəzifəmiz “İnter” üzərində qələbə qazanmaqdır. Rəhbərlik heç vaxt komandadan əlindən gələni əsirgəməyib. Bunu futbolçularda yaxşı bilir. Bizdə bəzən heç elan olunmamış mükafatlar verilir.

- Tahir bəy, məndə elə bunu nəzərdə tuturdum...

- Biz hətta komanda uduzanda da futbolçulara mükafat vermişik. “Qarabağ”ın tarixində belə şeylər olub. Komanda uduzub, amma mükafat alıb. Nəticə alınmaya bilər, əsas olan oyundu. Bütün bunlar komandanın sərgilədiyi oyuna və mənim həmin an futbola necə konsentrasiya olmağımdan aslıdır. Təki oynasınlar, təki qalib gəlsinlər, maddi məsələlər heç vaxt problem olmayacaq.

- Komandayla artıq görüşmüsüz. Belə bir tapşırığınız oldu ki, artıq qrup mərhələsində Bakıda onlardan qələbə istəyirsiz?

- Bunu bilirlər. Mən ötən il media nümayəndələriylə görüşdə bildirmişdim ki, “Qarabağ” Avropa Liqasında 1/16 final oynamalıdır. Mən bunu bir il gözləmişəm. Bu oyun mənim üçün o qədər önəmlidir ki, bunu heç vaxt pulla ölçmək olmaz. Hamımızın marağındadır ki, “İnter”i yenək və Azərbaycan futbolunda ən böyük tarixi yazaq.

- “İnter”in Bakıya əsas heyətlə gəlməməsi sizi necə razı salır?

- Bu məqam bizi sevindirir. Amma bir məqama diqqət yetirək ki, bizim də ən azı 3 əsas futbolçumuz oynamayacaq. “İnter” qələbəni bizim qədər istəməyə bilər. Çünki biz daha çox istəkliyik. Bu baxımdan və psixoloji durumda rəqibdən üstünük. Çünki onlar qrupdan çıxmaq işinin öhdəsindən gəliblər. Nəticə də “İnter”lilər üçün önəmli deyil. Bizim üçün isə tarixi əhəmiyyət kəsb edir. Biz bu fürsəti qaçırmamallıyıq. Mən bunu komandayla görüşdə futbolçulara da, baş məşqçi Qurban Qurbanova da söylədim.

- “Qarabağ”ın səfər oyununda az qala adət halın alıb. Həmişə kameralar stadiona bir neçə erməni göstərir və hər dəfə də onlar stadionu üzgün tərk ediblər. Bu amil sizdə necə hislər yaradır?

- Mən həyatda həmişə öz hərəkətlərimə diqqət etmişəm. Çalışmışam səmimi olum, işimə müsbət yanaşım. Mən şadam ki, komandam düşmənlərimizi üzgün yola salıb. Bizi sevməyən qarşı tərəflərin belə hərəkətləri inanın maraqlı deyil. Əsas odur komandanı sevək və Azərbaycan bir olsun.

- “Qarabağ” adın yetərincə dünyaya tanıda bildiz? Yoxsa qabaqda hələ daha yaxşı planlar var?

- Məncə əlimizdəki imkanlarla bunu layiqincə yerinə yetiririk. “Qarabağ” çox gözəl yerlərə gəldi. Buna görə Azərbaycan xalqını təbrik etmək lazımdı. Burda hər kəsin əməyi var. Bu 6 ildə “Qarabağ”ın çətin günləridə oldu. Biz isə səbr etdik, komandanın arxasında dayandıq. Arxada qalan zamanda əlimizdən nə gəlibsə hamısın etmişik. Sabahkı oyunun nəticəsindən aslı olaraq  da, bu işə davam edəcəyik. Daha sonrasında isə imkanlarımız nəyə çatırsa, bunu “Qarabağ”dan əsirgəməyəcəyik. Bilirsiz, Avropada olan klubların büdcəsi bizdə yoxdu. Bizdə bilet 3 manata olanda azarkeşlər narazılıq edir. Mən onları qınamıram da, çünki bizim milyonlarla qaçqınımız var. Yoxsular çoxdu, insanların maddi durumu yaxşı deyil. Amma Avropada klubların azarkeşləri isə 200-250 avro  verir, bizdəkindən 100 dəfə artıq pul xərcləyərək bilet alırlar. Bu yolla da komandaya dəstək olurlar, büdcələri artır, daha iddialı olurlar.

- Ötən mövsümün əvvəlində bir söz demişdiz: “Gözləyin, “Qarabağ” gəlir”. “Qarabağ” gəldi də, çempion da oldu. İndi də komanda Avroliqada qrupdan çıxmaq üçün oynayır. Bu mövsümün əvvəlində sizdən belə iddialı açıqlama eşitmədik...

- Mən bu sözü hər il təkrarlamalıyam? (ürəkdən gülür)

- Bəlkə komandanızı ölkədə bir nömrə gördüyünüz üçün, buna ehtiyac duymadız?

- Allaha şükür, “Qarabağ” indi çox gözəl komanda olub. Hazırda stadionumuzun inşası davam edir. Aşağı yaş qruplarında 160 uşaq yetişir. Bizim əsas komandada neçə öz yetirməmiz çıxış edir. Bunlar bizim üçün fəxrdir. “Qarabağ”ın gələcəyi həm də bax bu azyaşlılardan aslıdır. “Qarabağ”ın əsas ulduz oyunçuları indi 13 yaşındadı. İllər sonra daha yaxşı komanda görəcəksiz. Çünki indiki futbolçuların 13 yaşı olanda, onlara belə şərait yaradılmamışdı. Buna görə də, infrastruktur işlərinin görülməsi, investitsiya yatırımı davam edir. Hesab edirəm ki, “Qarabağ” hər baxımdan stabil olan komandadır. İndi çempionatda hansı komanda qarşısında “Qarabağ”ı görsə, bilirki onlara çətin olacaq. Bu amil həmşiə davam edəcək, komandamız daha da güclənəcək. Digər klublar düşünməsin ki, biz gələcəkdə zəifləyə bilərik.

- Siz “Qarabağ”ın rəhbərlərindən biri olaraq bu komandanın “Xalq Komandası” adlandıra bilərsiz?

- Azərbaycanı sevən hər  kəs, hər bir vətəndaş həm də “Qarabağ”ı sevir. Həm adına görə, həm də komandada yaratdığımız mənəvi ab-havaya görə. Bu gün Azərbaycanda ən sevilən klub “Qarabağ”dır. Mən bunu hiss edirəm. Hara getsəm, bunu görürəm. “Qarabağ” rəhbəri olaraq insanlardan böyük sevgi, məhəbbət və hörmət görürəm. Restorana gedib su istəyirəm, ətrafıma yığılıb məndən soruşurlar ki, “sabah qazanacağıq?”. Bunlar məni çox xoşbəxt edir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail