Qurban Qurbanov: "Təmiz qol vurulmuşdu"

12.12.2014 | 5372 dəfə oxunub

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "İnter"lə oyundan sonra jurnalistlərin sualların cavablandırıb:

Bu oyun haqda çox danışmaq istəmirəm. Azarkeşlərə çox sag ol deyirəm. Bütün matçlarda bizim yanımızda oldular. Pis sonluq olmadı. Futbolçularıma təşəkkür edirəm, çox çalışdılar. Zədəlilərimiz də oldu. Bəlkə də bu, bizim üçün böyük zərbə oldu. Eyni zamanda, böyük bir təcrübə qazandıq.

- Avropa Liqasının qrup mərhələsindən əvvəl nə düşünürdünüz?

 - Bilirdik ki, maraqlı qrupa düşmüşük, Bütün rəqiblərimizin böyük təcrübəsi var idi. Biz də pis oynamadıq. Həmişə futbolçularıma demişəm ki, mümkünsüz şey yoxdur. Bu gün də bunun şahidi olduq. Hər bir rəqibə qarşı oynaya bildik.

- Sayılmayan qol epizodu barədə nə deyə bilərsiniz?

- İki videoyazıya baxdıq. Təmiz qol vurulmuşdu. Top rəqibin futbolçusuna dəyərək qapıya daxil olmuşdu. Hakimin qərarı bizə qaranlıq qaldı. Belə bir qərar vermək böyük risk idi. Bizə başqa söz demək düşməz.

- Bu gün hakim səhvinə görə növbəti mərhələyə yüksələ bilmədiniz. Özünüzü  necə hiss edirsiniz?

- Heç nə edə bilmərik. Hətta "İnter"in futbolçusu oyundan sonra mənə dedi ki, top qapıya girəndə ona toxunmuşdu. Ancaq o, bunu hakimə desəydi, daha yaxşı olardı. Vurulan qol qeydə alınmalı idi.

- Bəxtinizin gətirmədiyini demək olar?

- Futbolda hər şey ola bilər. Bəzi oyunlarda da bizim bəxtimiz gətirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail