Heydər Əliyev zirvəsinə yürüş

12.12.2014 | 3008 dəfə oxunub

Azərbaycan Peyntbol Federasiyası mərhum prezident Heydər Əliyevin anım günü münasibəti ilə Heydər Əliyev zirvəsinə yürüş edib. Stadium.Az xəbər verir ki, Hava və Ekstremal İdman Növləri Federasiyası ilə birgə təşkil edilən yürüş ölkəmizin ən yüksək yaşayış məntəqəsi olan Xınalıq kəndindən piyada start götürüb, 3751 metr hündürlükdə yerləşən Heydər Əliyev zirvəsində başa çatıb.

Mərhum prezidentin vəfatının 11-ci il dönümü münasibəti ilə baş tutan yürüşdə Peyntbol Federasiyasının birinci vitse-prezidenti Nadir Adilov, baş katib Əli Fərzəliyev, baş məşqçi Nicat İsgəndərov, koordinatorlar Cəmilə Abdullayeva və Emil Babayev iştirak edib.

Heydər Əliyev zirvəsində Azərbaycan bayrağı ilə yanaşı, Peyntbol Federasiyasının bayrağı ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq dalğalanıb. Peyntbolçular zirvəyə yürüş edən digər iştirakçılarla birlikdə dövlət himinin ucadan oxuyub, mərhum prezidentin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Zirvəyə yürüş edən Peyntbol Federasiyasının nümayəndələri bu gün Fəxri Xiyabanı da ziyarət edərək, ümummilli liderin xatirəsini yad ediblər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail