Güloğlan Cabbarov "Neftçi" rəhbərliyin tənqid etdi

14.12.2014 | 6297 dəfə oxunub

“Neftçi” klubunun keçmiş idman direktoru Güloğlan Cabbarov son zamanlar klub ətrafında gəzən söz söhbətlərə toxunub. Stadium.az xəbər verir ki, Cabbarov bu aralar “Neftçi” futbolçularının intizamsızlığını klub rəhbərliyiylə əlaqələndirib:  

“Neftçi”nin son oyunlar oynadığı futbol nədənsə ürəkaçan deyil. Ancaq klubun və futbolçularında üzərinə çox getməyi düzgün hesab etmirəm. İndi də düşüblər Araz Abdullayevin üstünə ki, intizamsızlıq edir. Mən isə belə düşünmürəm. Arazı tanıdığım üçün ona “tilpaş” deyilməsi düzgün deyil. Sadəcə səhlənkardı, yuxuya gedir, vaxtında oyana bilmir. Buna görə də, “Neftçi”də olan zaman klubun inzibatçısına daim deyirdim ki, Arazı tez-tez yoxlasınlar. Arazla yanaşı Elvin Yunuszadəylə Cavid İmamverdiyevidə dailm kontrol etdirirdim. Bu kimi hallar hər yerdə olur və hər klubda baş verir. Klub ailə kimidi, bir və mehriban olmalısan! Yuxuya gedənib yubananı da ola bilər, yatıb qalanı da. Buna görə də, vaxtına hər şeyə nəzarət etmək lazımdır ki, futbolçu nə yatıb qalsın, nə də məşqə geciksin. Belə düşünürəm ki, bu kimi hallar mətbuata çıxmamalıdır. Klubun öz nizam-intizam kodeksi var və bu da o çərçivədə həll olunmalıdır. Yoxsa iki gündən bir çıxıb mətbuatda "o futbolçu belə etdi, bu belə dedi" deməklə həm futbolçunun, həm də klubun imicinə zərər gəlir. Bunun üçün də, belə addımlarda bir dəfə ölçüb, min dəfə biçmək lazımdı”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail