Fariz Məmmədovdan növbəti nokaut

14.12.2014 | 3692 dəfə oxunub

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Fariz Məmmədov növbəti qələbəsini qazanıb. Stadium.Az xəbər verir ki, ölkəmizi peşəkar rinqdə təmsil edən boksçu Ukraynanın paytaxtı Kiyevdə keçirilən “K2 Promotions”un təşkil etdiyi döyüşün iştirakçısı olub. Məmmədov yarımorta çəki dərəcəsində (66,678 kq) reytinq xarakterli qarşılaşmaya çıxıb. O, Kiyev İdman Sarayında ukraynalı Valentin Kutsla üz-üzə gəlib. 2010-cu ilin peşəkarlar arasında Avropa çempionu olan 34 yaşlı rəqiblə döyüş 8 raunddan ibarət olmalı idi. Lakin Məmmədov qələbəni vaxtından əvvəl qazanmağı bacarıb. Təmsilçimiz artıq ikinci raundda Kutsu nokauta göndərib.

Bununla da peşəkar rinqdə 20-ci döyüşünü keçirən Məmmədov 17-ci qələbəsini qazanıb. Kutsla döyüşədək 10 dəfə nokautla qalib gələn boksçumuz 11-ci dəfə rəqibini vaxtından əvvəl məğlub edib.

Qeyd edək ki, “K2 Promotions” promouter şirkəti 2005-ci ildə əfsanəvi boksçular Vladimir və Vitali Kliçko qardaşları tərəfindən təsis edilib və uzun müddət yalnız onların döyüşlərinin təşkili ilə məşğul olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail