Bakı-2015: Növbəti güzəşt

16.12.2014 | 3529 dəfə oxunub

2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarında media nümayəndələri üçün növbəti güzəşt açıqlanıb. Stadium.Az xəbər verir ki, mətbuat qurumları qanuni malları gömrük rəsmiləşdirməsindən keçirərək, heç bir rüsum ödəmədən Azərbaycana müvəqqəti gətirə biləcəklər.

Belə ki, Bakı-2015 üçün gömrük proseduru çərçivəsində ölkəmizə gətirilən avadanlıqlar müvəqqəti olaraq burada qalacaq və oyunlardan sonra yenidən geri göndərilməlidi.

Həmçinin, yarışa görə Azərbaycana gətirilən mallar Bakı-2015-də istifadə olunmalıdı. Belə malların kommersiya və gəlir əldə etmək məqsədilə hər hansı yolla istifadəsi, satışı, icarəsi qadağandı.

Bakı-2015 üçün gömrük proseduru çərçivəsində ölkəmizə gətirilə biləcək malların növləri aşağıdakı kimidi:

- Təzə və istifadə olunmamış şəxsi əşyalar;

- Kompüter və fotoqrafiya avadanlıqları kimi professional avadanlıqlar;

- İdman geyimləri və uniformalar, idman alətləri, ərzaq məhsulları, dərmanlar;

- Bakı-2015-in gedişi ərzində hədiyyələr və mükafatlar kimi verilən və reklam, marketinq və ya digər qeyri-maliyyə məqsədli istehlak malları.

Aksiz tətbiq olunan mallar (məsələn: spirtli içkilər və tütün məhsulları) və dövriyyəsinə məhdudiyyət qoyulan müəyyən qism malların idxalına icazə verilmir.

Qeyd edək ki, Avropa Oyunları zamanı media nümayəndələri ictimai nəqliyyatdan da pulsuz istifadə edəcəklər. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail