"Bakı"nın vitse-prezidenti "İnter" rəhbərliyini günahlandırdı

21.08.2011 | 5741 dəfə oxunub

"İnter" rəhbərliyinin hərəkətini başa düşə bilmədim. Onlar futbolçularını sakitləşdirmək əvəzinə, daha da qızışdırdılar". Stadium.az xəbər verir ki, bu sözləri "Bakı" klubunun vitse-prezidenti Zeynal Məmmədov deyib. 

Premyer Liqanın III turunda "Şəfa" stadionunda keçirilən "İnter" - "Bakı" görüşündə qalmaqal yarandı. Matçın son dəqiqələrində hakimin qərarına etiraz əlaməti olaraq "bankirlər" meydanı tərk etdilər. 

Belə ki, oyunun baş hakimi Ramil Diniyev "İnter"in qapıçısı Georgi Lomayaya qırmızı vərəqə göstərməklə yanaşı, onun qoruduğu qapıya penalti təyin edib. 

Məmmədovun sözlərinə görə, yaranmış ajiotaj sonradan daha böyük fəsadlara səbəb ola bilərdi: "Stadionda futbolu seyr edənlər arasında qadınlar, eləcə də uşaqlar vardı. Gərginliyin böyüməsi, yekunda vəziyyətin nəzarətdən çıxması ilə nəticələnəcəkdi. "İnter" tələsik qərar verdi. Bəlkə, futbolçumuz topu göyə vuracaqdı. Oyunu axıradək bitirmək lazım idi".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail