Dünya çempionumuz Omarova qarşı

06.01.2015 | 3147 dəfə oxunub

Yanvarın 23-də və 24-də AİBA Pro Boxing (APB) turnirində növbəti görüşlər keçiriləcək. Stadium.Az boks federasiyasının saytına istinadən xəbər verir ki, ilk yarış günündə superağır çəki dərəcəsində mübarizə aparan boksçular rinqə çıxacaq. İki qat dünya, Avropa çempionu, London Olimpiadasının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov bu dəfə  Maqomed Omarovla üz-üzə gələcək.  Rusiyali boksçu APB-də 2 döyüşdə qələbə qazansa da, birində uduzub.  Qeyd edək ki, bu Məcidovla Omarovun artıq 3-cü qarşılaşması olacaq. Milli komandamızın üzvü rusiyalı rəqibini ilk dəfə London Olimpiadasında məğlub edib. Məcidov 2013-cü ildə Almatıda keçirilən dünya çempionatının ¼ finalında da Rusiya təmsilçisindən üstün olmuşdu. Superağır çəki dərəcəsində həlledici görüşdə almaniyalı Erik Pfayferlə mərakeşli Məhəmməd Arjaoui  qarşılaşacaq.

Yanvarın 24-də çəkisi 69 kq olan boksçular rinqə çıxacaq. Milli komandamızın üzvü Tamerlan Abdullayev bu dəfə littalı Eimantas Stanionislə görüşəcək.  APB-də 3 döyüş keçirən Stanionis 2 qələbə qazanıb. Bu çəki dərəcəsində həlledici qarşılaşmada türkiyəli Öndər Sipal Keniya idmançısı Rayton Okviri ilə  üz-üzə gələcək.

Qeyd edək ki, hər iki boksçumuzun hələ  Rio Olimpiadasına lisenziya qazanmaq şansı qalır. Finala vəsiqə qəldə edən boksçular qalib gələrək, Olimpiadaya vəsiqəni rəsmiləşdirməklə yanaşı, yayda APB-nin mütləq çempionluğu uğrunda döyüşə çıxacaqlar. Hesabında iki qalibiyyət olan boksçularımız isə 3-cü qələbələrini qazanaraq, yayda 2-ci lisenziya uğrunda mübarizə apara bilərlər. AİBA Pro Boxing turnirində hər çəkidə 2 idmançı Braziliya Olimpiadasına lisenziyanın sahibi olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail