Eurosport Azərbaycan-Fransa dostluq görüşündən geniş reportaj yayımlayıb VİDEO

06.01.2015 | 4108 dəfə oxunub

“Eurosport” televiziya kanalında Azərbaycan və Fransa güləşçiləri arasında dekabrın 4-də Parisdə keçirilmiş dostluq görüşü haqqında geniş reportaj yayımlanıb. 

Stadium.Az xəbər verir ki, güləş üzrə yığma komandamızın dünyada ən güclü millilərdən biri olmasının vurğulandığı reportajda yoldaşlıq görüşünə Azərbaycanın birinci xanımı, “Bakı-2015” ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva ilə yanaşı, Fransanın idman üzrə dövlət katibi Tyeri Brayarın, Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviçin, Fransa hökumətinin, parlamentinin üzvlərinin, idman ictimaiyyətinin nümayəndələrinin də baxdıqları qeyd edilib.

Bildirilib ki, güləşin hər üç növü üzrə idmançıların mübarizə apardıqları görüş Parisin ən məşhur saraylarından olan Qış sirkində təşkil edilib. Reportajda güləş üzrə Azərbaycan və Fransa komandaları arasında yoldaşlıq görüşü ilə yanaşı, ölkəmizin idman həyatı və Bakıda keçiriləcək birinci Avropa Oyunları ilə bağlı da ətraflı məlumat verilib.

Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti, Dünya Güləş Birliyi İdarə Heyətinin üzvü Namiq Əliyevin müsahibəsinin təqdim edildiyi süjetdə güləşin ölkəmizdə populyar olduğu bildirib. O, 2015-ci ilin aprel ayında Bakıda birinci Avropa Oyunlarına test xarakterli yarışların keçiriləcəyini diqqətə çatdırıb.

Reportajın sonunda birinci Avropa Oyunlarından və Azərbaycanın idman həyatından bəhs edən görüntülər təqdim olunub.

Xatırladaq ki, yoldaşlıq görüşü Azərbaycan güləşçilərinin 9:1 hesablı qələbəsi ilə başa çatmışdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail