Bakı-2015 İtaliya ilə yayım sazişi bağladı

08.01.2015 | 3856 dəfə oxunub

Bu gün Bakı 2015 İlk Avropa Oyunlarının İtaliyada yayımlanmasını təmin edəcək yayım sazişinə imza atıb. Stadium.Az xəbər verir ki, aparıcı yayım şirkəti olan Sky Italia öz idman kanalları vasitəsilə Oyunların canlı yayımını və yarışlardan əsas məqamların yayımlanmasını, eyni zamanda, Sky Go vasitəsilə Oyunların geniş şəkildə işıqlandırılmasını təmin edəcək.

Sky Italia TV stansiyası ölkədə müstəsna hüquqlarını təmin etmişdir və İlk Avropa Oyunları ilə bağlı məlumatlılığı artırmaq və həyəcanı bölüşmək məqsədilə məşhur Sky Sport 24 xəbər kanalı vasitəsilə Oyunların təbliğatını həyata keçirəcəkdir.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq deyib: “İlk Avropa Oyunlarının İtaliyada geniş şəkildə işıqlandırılmasını təmin etməyə dair sazişin Sky Italia şirkəti ilə bağlanmasından olduqca məmnunuq. Qitənin idman sahəsində ən çox uğur qazanan ölkələrindən biri olan İtaliyanın Bakı 2015 Avropa Oyunlarına qızıl medallar və qələbə uğrunda mübarizə aparmaq üçün çox güclü komanda göndərəcəyini gözləyirik".

Əsası 2003-cü ildə qoyulmuş, ölkədə 4.7 milyon abunəçisi və 13 milyondan artıq tamaşaçısı olan Sky Italia Avropanın ən nüfuzlu idman yayımı şirkətlərindən biri hesab edilir.

2014-cü ildə Soçidə keçirilmiş Qış Olimpiya Oyunlarının yayımını həyata keçirmiş şirkət,  eləcə də, ölkənin premyer futbol yarışı olan A Seriyasının, Bundesliqanın, UEFA Çempionlar Liqasının və Avropa Çempionatı seçmə mərhələləri oyunlarının yayım hüququnu özündə saxlayır.

Sky Italia şirkətinin İdman hüquqları, proqramlaşdırma və prodakşn üzrə direktoru cənab Matteo Mammi deyib: “Birinci Avropa Oyunları bütün qitənin zövq alacağı möhtəşəm idman bayramı olacaq və biz ölkəmizdə Oyunların yayımını həyata keçirəcəyimiz üçün fəxr edirik. Bakıda 17 gün ərzində möhtəşəm yarışların keçəcəyinə və tamaşaçılarımız üçün yarışlardan ən yaxşı məqamları nümayiş etdirəcəyimizə böyük ümidlər bəsləyirik".

İtaliyanın Milli Olimpiya Komitəsinin prezidenti cənab Covanni Malaqo əlavə edib: “İdman azarkeşlərinin İlk Avropa Oyunlarını İtaliyanın aparıcı teleyayım şirkəti, eyni zamanda, şirkətin onlayn və mobil platformaları vasitəsilə izləyə biləcəklərinə çox şadıq. Bu, idmançılarımız və milyonlarla azarkeşlərimiz üçün əla xəbərdir və əminəm ki, bu saziş Bakı 2015 Avropa Oyunlarının İtaliyada uğurlu yayımına kömək edəcəkdir".

Bakı 2015 Avropa Oyunlarının Kommersiya şöbəsinin direktoru cənab Çarli Viceratna əlavə edib: “Beynəlxalq yayım satışı sürətlə davam edir və İlk Avropa Oyunlarının yayımını nəzərdə tutan bu sazişi Sky Italia kimi tanınmış televiziya kanalı ilə imzalamaq möhtəşəm xəbərdir. Saziş, öz növbəsində Bakı 2015 üçün əlavə bir uğur olmaqla yanaşı, dünyanın qabaqcıl teleyayım şirkətləri tərəfindən Oyunlara  artmaqda olan marağın təzahürüdür. Hal-hazırda bir sıra müqavilələrin üzərində işləyirik və önümüzdəki aylarda Avropa ölkələrinə aid sazişləri elan edəcəyik".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail