Azərbaycan çempionatında 5 medal

12.01.2015 | 3505 dəfə oxunub

Kişi samboçuların Azərbaycan çempionatına yekun vurulub. Stadium.Az xəbər verir ki, Şağan Olimpiya Kompleksində təşkil olunan yarış iki gün davam edib. Ölkənin ən güclüsü adı uğrunda “Qəbələ” İdman Klubunun təmsilçiləri də mübarizə aparıb. Sambonun bu il Bakıda keçiriləcək Avropa Oyunlarının proqramına daxil edilməsi yarış iştirakçıları üçün stimul olub. Çünki son ölkə çempionatı mötəbər yarışda ölkəmizi təmsil edəcək idmançıların müəyyənləşməsində böyük rol oynayacaq. Milli komanda məşqçilərinin də maraqla izlədiyi çempionata marağın artması ilə yanaşı, hər çəki dərəcəsində böyük rəqabət də müşahidə olunub.
“Qəbələ” samboçuları çempionatda uğurla çıxış edib. Klubun yarışa qatılan 5 samboçusu çempionatı fəxri kürsüdə başa vurub.

90 kq çəki dərəcəsində çıxış edən Bəxtiyar Abbasov yalnız finalda uduzaraq, Azərbaycan çempionatının gümüş mükafatını qazanıb. Xal hesabı ilə uduzan samboçumuz Avropa Oyunlarında ölkəmizi təmsil etməyə əsas namizəd sayılır. Bunun üçün şansları yüksək qiymətləndirilən Abbasov qarşıdakı yarışlarda da uğurlu çıxışını davam etdirməlidir. Digər 4 samboçumuz isə ölkə çempionatını bürünc medalla başa vurub. Belə ki, Arif Şahlarov (62 kq), Sahil Paşazadə (68 kq), Soltan Ağayev (82 kq), Cəlil Şükürov (+100 kq) çempionatı 3-cü yerdə tamamlayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail