"Avropa Oyunları mənim üçün Avropa çempionatı kimi bir yarışdı" - MÜSAHİBƏ

12.01.2015 | 2897 dəfə oxunub

Tarixdə ilk dəfə olaraq, bir neçə idman növünü özündə birləşdirən Avropa Oyunları 2015-ci ilin iyun ayında Bakıda keçiriləcək. Stadium.Az xəbər verir ki, yarışda təqdim olunacaq idman növlərindən biri də kişi idman gimnastikasıdı.

Azərbaycanda idman gimnastikası ötən əsrin 30-cu illərindən etibarən inkişaf etməyə başlayıb. İlk respublika çempionatı 1939-cu ildə Bakıda keçirilib,  Valeri Belenki isə ölkənin ən tanınmış gimnastı adını qazanıb.

Hazırda, Azərbaycan Gimnastika Federasiyası bu idman növünün inkişafını davam etdirir və ən kiçikyaşlı idmançılar arasında müxtəlif yarışların keçirilməsi, həmçinin ölkə daxilində yeni idman bölmələrinin açılması gələcəkdə ölkədə yetəri qədər güclü gimnastların olacağına ümid etməyə əsas verir.

Avropa Oyunları ərəfəsində Azərbaycan Gimnastika Federasiyanın mətbuat xidməti Dünya Kubokunun bürünc mükafatçısı və Azərbaycanın hazırkı çempionu Oleq Stepko ilə həmsöhbət olub. Məhz o, bu irimiqyaslı idman tədbirində ölkəmizi təmsil edəcək namizədlərdən biridi.

 

- Gimnastikaya gəlişiniz barədə məlumat verərdiz. Necə oldu ki, məhz bu idman növünü seçdiniz?

- Əslində əvvəllər mən eyni vaxtda iki idman növü ilə məşğul olurdum - gimnastika və üzgüçülüklə. Daha sonra seçim etmək məcburiyyətində qaldım və gimnastikanı seçdim. Bəlkə də, bu idman növü üçün xüsusi keyfiyyətlərim vardı, əlavə olaraq məşqçilərim müəyyən nəticələr əldə edə biləcəyimi bildirmişdilər.

 

- Necə düşünürsüz, başqa idman sahəsində uğurlu ola bilərdinizmi?
- Fikirləşirəm ki, yox. Təəssüf ki, cəhd etməyə də boş vaxtım yoxdu.

 

- Yarış günü emosiyalarınla necə bacarırsiz? Təmkinli olmağınızın sirri nədədi?
- Hər yarışda müxtəlif hisslər keçirirəm və onların hər biri fərqli qəbul olunur. Müxtəlif yarışlarda eyni emosiyaları yaşamaq mümkün deyil. Bəzən elə olur ki, emosiyalar olmur. Sadəcə, öz proqramımı yerinə yetirib, meydançanı tərk edirəm.

 

- Sizcə, gimnastikada vacib olan nədi?
- Mənə elə gəlir ki, gimnastikada ən vacib şey istəkdi. Hətta ən istedadsız insandan idmançı etmək mümkündü, sadəcə, istək olsun. Fiziki bacarıq isə digər məsələdi.

 

- Peşəkar idmanla məşğul olmaq nə dərəcədə təhlükəlidi? Yoxsa, bu idman növündən asılıdı?
- Hər idman növünün özünəməxsus riski var, lakin mən yenə də hesab edirəm ki, gimnastika ən travmatik növdü. Bizə uşaqlıqdan kiçik zədələrdən necə qaçmağı öyrədirlər və hətta kənardan gələn adamlara da məşqçi verdiyi nəsihətləri veririk.

 

- İdmanda kumiriniz varmı?
- Kumir - bir az geniş anlamdı, sadəcə, öz nailiyyətləri ilə dünyada tanınmış və böyük uğurlar qazanmış insanlar var. Məhz, həmin insanlar mənə nəticələr əldə etməyə stimul verir. Misal üçün, boksçu Vasili Lomaşenko və digər bir neçə idmançı. Onlar artıq peşəkardılar və tədricən yaxşı nəticələr göstərməyə başlayıblar.

 

- Yaxın gələcək üçün idman planlarınız nədi?
- Öncədən nəsə düşünüb, danışmaq istəmirəm. Bu il əhəmiyyətlidi, bir çox əsas yarışlar, həmçinin, mart ayında açıq Azərbaycan çempionatı, daha sonra Avropa çempionatı, Avropa Oyunları, Dünya çempionatı və Dünya Kubokları keçiriləcək. Belə ki, bu il çətin olacaq. Ona görə də hər hansı bir nəticə planlaşdırmaq istəmirəm. Belə olmasın ki, bir nəticə deyim, amma başqa nəticə əldə edim.

 

- Avropa Oyunları sizin üçün nə kəsb edir və ona necə hazırlaşırsız?
- Avropa Oyunları mənim üçün Avropa çempionatı kimi bir yarışdı, sadəcə olaraq, özündə bir neçə idman növünü birləşdirdiyi üçün daha irimiqyaslı və möhtəşəmdi. Oyunlara hazırlaşmağa daha sonra başlayacağam, qarşıda 4 ay və bununla yanaşı, digər yarışlar da var.

 

- İdmandan bir az uzaqlaşsaq, reallaşdırmaq istədiyiniz başqa arzularınız, məqsədləriniz varmı?
- Heç bilmirəm, idmandan kənar tək istəyim sadəcə doyunca yatmaqdı. Məşqlər bütün vaxtımı və gücümü aldığına görə başqa bir işlə məşğul olmaq arzum yoxdu. Gələcək planlara gəldikdə isə.. Hələlik düşünməmişəm, çünki mənim üçün idman birinci yerdədi.

 

- İdmanla gündəlik həyatınızı birləşdirə bilirsizmi?
- Çətindi, amma bəzən bu mümkündü.

 

- Sevdiyiniz şəxs varmı?
- Şəxsi həyat üçün vaxtım yoxdu və hesab edirəm ki, peşəkar karyera ilə məşğul olduğun zaman şəxsi həyatı başqa vaxta keçirmək lazımdı. Daima məşq edən və yanında olmayan birinə  hər kəs dözə bilməz. Yəqin ki, elə həmin sahədən olan insanı axtarmaq lazımdı.

 

- Adətən azarkeşləriniz tribunlardan sizi necə dəstəkləyirlər? Və onlardan nə eşitmək istərdiz?
- Hələ ki, azarkeşlərim yoxdu. Mən hesab edirəm ki, azarkeşlər idmançıya yox, ölkəyə azarkeşlik edirlər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

18.10.2019

16.10.2019

18:19  "Qarabağ" - APOEL görüşü - biletlər satışda

15.10.2019

19:22  Azərbaycan - İsveçrə -HEYƏTLƏR

14:06  "Ronaldo nə deyirdisə, hakim əməl edirdi" - Ukraynalı futbolçu

14:06  Bolqarıstan - İngiltərə görüşündə qalmaqal - oyun iki dəfə dayandırıldı

11:56  Kosovonun qələbəsi VİDEO

14.10.2019

12:03  Uelsdə ciddi itki - millimizlə görüşü buraxacaq

11:47  "Biz üzr istəməli deyilik" - Macar futbolçu

13.10.2019

22:00  Millimiz məğlub oldu - Yenilənib

18:41  Macarıstan - Azərbaycan -HEYƏTLƏR

08:37  İsveçdən darmadağın VİDEO

08:20  İtaliyanın qələbəsi VİDEO

12.10.2019

11.10.2019

01:14  Millimiz darmadağın oldu - Yenilənib

10.10.2019

09.10.2019

22:30  Millimiz Bəhreyni məğlub etdi - Yenilənib

20:09  Bəhreyn - Azərbaycan -HEYƏTLƏR

   
  O Q H M T-f X
1. Neftçi 26 16 7 3 59-19 60  
2. Qarabağ 26 18 6 2 47-22 55  
3. Səbail 26 12 5 9 33-29 41  
4. Qəbələ 26 9 9 8 30-29 36  
5. Sabah 26 7 6 13 20-37 27  
6. Zirə 26 6 7 13 24-39 25  
7. Sumqayıt 26 6 5 15 22-42 23  
8. Keşlə 26 5 5 16 24-41 20  
11.11Sumqayıt ---Keşlə
11.11Qəbələ ---Qarabağ
10.11Səbail ---Sabah
10.11Neftçi ---Zirə
24.11Qarabağ -Sabah
24.11Keşlə -Qəbələ
25.11Zirə -Sumqayıt
25.11Səbail -Neftçi