Bakıda beynəlxalq turnir

12.01.2015 | 2218 dəfə oxunub

Yanvarın 16-17-si tarixlərində Bakıda Müşviq İsayevin xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında sayca XVIII beynəlxalq turnir keçiriləcək. Stadium.Az xəbər verir ki, turnir 20 Yanvar şəhidi Müşviq İsayevin xatirəsini yad etmək, yeniyetmə güləşçilərin idman ustalığını artırmaq, perspektivli güləşçiləri aşkarlamaq, sərbəst və yunan-Roma güləşinin inkişafına və kütləviliyinə nail olmaq məqsədilə keçirilir.

Dünya Güləş Birliyinin mövcud qaydalarına əsasən 42, 46, 50, 54, 58, 63, 69, 76, 85 və 100 kq-a qədər çəki dərəcələri üzrə keçiriləcək yarışlarda 1998-2000-ci il təvəllüdlü idmançılar mübarizə aparacaq. Turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Türkiyə, İran, Rusiya, Gürcüstan, Qazaxıstan və Özbəkistandan olan güləşçilərin iştirakı gözlənilir. 

2 gün davam edəcək yarış "Sərhədçi" İdman Olimpiya Mərkəzində keçiriləcək. Turnirin rəsmi açılış mərasimi yanvarın 16-da saat 17:00-da başlayacaq. 

Qeyd edək ki, ilk gün sərbəst, ikinci yarış günündə isə yunan-Roma güləşçiləri mübarizə aparacaq. Çəki dərəcələri üzrə I, II, III yerləri tutmuş idmançılar diplom, medal və pul mükafatı ilə təltif ediləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

14.07.2020

16:45  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

01:59  "Qranada" - "Real" - 1:2 VİDEO

01:46  "İnter" - "Torino" - 3:1 VİDEO

13.07.2020

12:30  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

02:46  "Napoli" - "Milan" - 2:2 VİDEO

12.07.2020

12:14  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

01:22  "Breşia" - "Roma" - 0:3 VİDEO

11.07.2020

14:03  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

01:58  "Real" - "Alaves" - 2:0 VİDEO

10.07.2020

09.07.2020

08.07.2020

12:44  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

00:54  "Lecce" - "Latsio" - 2:1 VİDEO

   
  O Q H M T-f X
1. Qarabağ 20 13 6 1 34-7 45  
2. Neftçi 20 10 7 3 34-14 37  
3. Keşlə 20 8 6 6 27-21 30  
4. Zirə 20 6 5 9 25-37 23  
5. Sumqayıt 20 6 5 9 24-31 23  
6. Sabah 20 5 6 9 19-27 21  
7. Səbail 20 5 5 10 16-30 20  
8. Qəbələ 20 5 4 11 15-35 19  
21.06Zirə ---Neftçi
21.06Sabah ---Keşlə
21.06Qarabağ ---Qəbələ
21.06Sumqayıt ---Səbail
21.06Qarabağ -Qəbələ
21.06Sumqayıt -Səbail
21.06Zirə -Neftçi
21.06Sabah -Keşlə