Yarımfinalçılar müəyyənləşdi

12.01.2015 | 4522 dəfə oxunub

Şağan Olimpiya Kompleksində boks üzrə böyüklər arasında Azərbaycan çempionatı davam edir. Stadium.Az xəbər verir ki, artıq yarışda yarımfinalçıların adları müəyyənləşib. 1/4 final çempionatda mübarizə aparan hər 2 kubalı əsilli idmançının məğlubiyyəti ilə əlamətdar olub.

Gənclər arasında dünya birinciliyinin bürünc mükafatçısı Məsud Yusifzadə (52 kq) Təbriz Şirvanini məğlub edərək, növbəti mərhələyə vəsiqə qazanıb. Yarımfinalda onun rəqibi “Gilan” klubunun üzvü Kamran Məlikov olacaq.

49 kq çəki dərəcəsində Azərbaycan kubokunun qalibi olmuş Araz İmaməliyev 52 kq çəki dərəcəsində də yarımfinala yüksəlib. O, 1/4 finalda texniki nokautla Mehdi Seyidovu məğlub edib.

60 kq çəki dərəcəsində əsas favoritlərdən olan milli komandamızın üzvü Elvin İsayev də yarımfinalda gücünü sınayacaq.

Lorenzo Sotomayorun (64 kq) 1/4 finalda uduzması ölkə çempionatının əsas gözlənilməz nəticələrindən sayılır. Kuba əsilli boksçu Lənkəran idmançısı Xəzər Əliyevə məğlub olub.

69 kq çəki dərəcəsində Romal Aslanovla Elnur Süleymanov arasında qarşılaşma böyük maraqla gözlənilirdi. 3:0 hesabı ilə qalib gələn “Gilan” klubunun nümayəndəsi Aslanov yarımfinala vəsiqə qazanıb.

“Baku Fires” klubundan ayrıldıqdan sonra “Gilan”ın şərəfini qoruyan Xaybulla Musalov da (75 kq) mübarizəni davam etdirir. O, Kuba əsilli boksçu Rayko Santanadan üstün olub – 3:0.

81 kq çəki dərəcəsində Vətən Hüseynli ilə Elvin Qəmbərov yarımfinalda üz-üzə gələcəklər. Bu çəkidə digər yarımfinal cütlüyündə isə son ölkə çempionu Rauf Rəhimov Eldar Quliyevi sınağa çəkəcək.

Qeyd edək ki, Azərbaycan çempionatına yanvarın 13-də yekun vurulacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail