"Baku Fires" başlayır

15.01.2015 | 2307 dəfə oxunub

Yanvarın 17-də saat 19:00-da Quba Olimpiya Kompleksində Ümumdünya Boks Seriyasının (WSB) yeni mövsümünün ilk görüşü keçiriləcək. Stadium.Az xəbər verir ki, Azərbaycanın “Baku Fires” klubu  İtaliyanın “İtalia Thunder” komandası ilə qarşılaşacaq.


Komandaların heyətləri artıq məlumdur:

“Baku Fires” – “İtalia Thunder”

49 kq. Məhəmməd İbiyev  – Patrik Barns

 56 kq. Məhəmməd Qurbanov – Maykl Konlan

 64 kq. Heybətulla Hacəliyev  – Vinçenzo Mangiakapre

 75 kq. Nikolay Veselov – Salvatore Kavallaro

 91 kq. Əbdülqədir Abdullayev – Fabio Turçi

İtaliya klubunun heyətində iki irlandiyalı boksçu rinqə çıxacaq. İbiyevin rəqibi olacaq Barns Pekin və London Olimpiadalarının bürünc mükafatçısıdı. O, 2010-cu ildə Avropa çempionatının finalında həmyerlimiz Elvin Məmişzadəni məğlub edərək, qızıl medal qazanıb. 

Qurbanovla qarşılaşacaq Konlan da Olimpiadada mükafat əldə edib. İrlandiya boksçusu London-2012-də bürünc mükafata sahib olub. 

“İtalia Thunder”in daha bir tanınmış boksçusu Mangiakapredi. İtaliya seçmə komandasının üzvü London Olimpiadasında və 2011-ci ildə Bakıdakı  dünya çempionatında bürünc medala layiq görülüb.

“Baku Fires” klubunda bütün boksçular isə WSB liqasında böyük təcrübəyə malikdirlər.  Ümumdünya Boks Seriyasının V mövsümündə 16 komanda iki qrupda mübarizə aparacaq. Azərbaycan komandası B qrupunda “İtalia Thunder”lə yanaşı, “Astana Arlans”, “Argentina Condors”, “Caciques Venezuela”,  “Puerto Rico Hurricanes”,  “Rafako Hussars Poland” və USA Knockouts klubları ilə gücünü sınayacaq.

A qrupunda isə  Əlcəzair, Böyük Britaniya, Çin, Kuba, Meksika, Mərakeş, Rusiya və Ukrayna klubları yarışacaq.

Bu mövsüm 3 yeni komanda – Mərakeş, Venesuela və Puerto klubları WSB liqasına qoşulublar. Bundan başqa, Çin və Böyük Britaniya yenidən bu yarışda iştirak etməyə razılıq verib.

Cari çempionatda mübarizənin gərgin keçəcəyinə dəlalət edən səbəblərdən biri də Olimpiya oyunlarına lisenziyaların verilməsidi. WSB liqasından 17 boksçu mövsümün sonunda Rio Olimpiadasına vəsiqə qazanacaq. 49, 91 və +91 kq çəki dərəcələrində 1 idmançı, digər çəkilərdə isə 2 boksçu planetin ən böyük yarışına lisenziya əldə edəcək.

Xatırladaq ki, “Baku Fires” ötən mövsüm Ümumdünya Boks Seriyasında yalnız finalda “Cuba Domaderos” klubuna uduzaraq, 2-ci nəticə göstərmişdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

18.10.2019

16.10.2019

18:19  "Qarabağ" - APOEL görüşü - biletlər satışda

15.10.2019

19:22  Azərbaycan - İsveçrə -HEYƏTLƏR

14:06  "Ronaldo nə deyirdisə, hakim əməl edirdi" - Ukraynalı futbolçu

14:06  Bolqarıstan - İngiltərə görüşündə qalmaqal - oyun iki dəfə dayandırıldı

11:56  Kosovonun qələbəsi VİDEO

14.10.2019

12:03  Uelsdə ciddi itki - millimizlə görüşü buraxacaq

11:47  "Biz üzr istəməli deyilik" - Macar futbolçu

13.10.2019

22:00  Millimiz məğlub oldu - Yenilənib

18:41  Macarıstan - Azərbaycan -HEYƏTLƏR

08:37  İsveçdən darmadağın VİDEO

08:20  İtaliyanın qələbəsi VİDEO

12.10.2019

11.10.2019

01:14  Millimiz darmadağın oldu - Yenilənib

10.10.2019

09.10.2019

22:30  Millimiz Bəhreyni məğlub etdi - Yenilənib

20:09  Bəhreyn - Azərbaycan -HEYƏTLƏR

   
  O Q H M T-f X
1. Neftçi 26 16 7 3 59-19 60  
2. Qarabağ 26 18 6 2 47-22 55  
3. Səbail 26 12 5 9 33-29 41  
4. Qəbələ 26 9 9 8 30-29 36  
5. Sabah 26 7 6 13 20-37 27  
6. Zirə 26 6 7 13 24-39 25  
7. Sumqayıt 26 6 5 15 22-42 23  
8. Keşlə 26 5 5 16 24-41 20  
11.11Sumqayıt ---Keşlə
11.11Qəbələ ---Qarabağ
10.11Səbail ---Sabah
10.11Neftçi ---Zirə
24.11Qarabağ -Sabah
24.11Keşlə -Qəbələ
25.11Zirə -Sumqayıt
25.11Səbail -Neftçi