Xatirə turnirində ilk gün 3 qızıl, 7 gümüş və 10 bürünc medal

17.01.2015 | 4452 dəfə oxunub

"Sərhədçi" İdman Olimpiya Mərkəzində 20 yanvar şəhidi Müşviq İsayevin xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında sayca 18-ci beynəlxalq turnir start götürüb. Stadium.Az xəbər verir ki, turnirdə Azərbaycan güləşçiləri ilə yanaşı, Gürcüstan, İran, Qazaxstan, Rusiya və Özbəkistan idmançıları mübarizə aparır. 

Beynəlxalq turnirin iştirakçıları, idman ictimaiyyətinin nümayəndələri əvvəlcə Fəxri xiyabana gələrək, ümummilli lider Heydər Əliyevin xatirəsini yad ediblər. Onlar böyük siyasi xadim, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusunun məzarı önünə gül dəstəsi qoyublar.

Sonra turnir iştirakçıları və idman ictimaiyyətinin nümayəndələri Şəhidlər xiyabanına gedərək, Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad ediblər. İdmançılar şəhidlərin, o cümlədən Müşfiq İsayevin məzarı üzərinə güllər düzüblər.

Daha sonra turnirin təntənəli açılış mərasimi olub. Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov son illər Azərbaycanda idmanın sürətlə inkişaf etdiyini vurğulayıb. Bildirib ki, Azərbaycan dövlətinin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizdə idmanın müxtəlif növləri sürətlə inkişaf edir. Natiq bildirib ki, cari ildə pəhləvanlarımızı ciddi sınaq gözləyir. İdmançılarımız, o cümlədən güləşçilərimiz Bakıda təşkil olunacaq birinci Avropa Oyunlarına ciddi hazırlaşırlar.

Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu Namiq Abdullayev yarışın əhəmiyyətini yüksək qiymətləndirib, bütün yarış iştirakçılarına uğurlar arzulayıb. 

Turnirin ilk günündə sərbəst güləş yarışları keçirilib. 153 pəhləvanın mübarizə apardığı yarış günündə qalib və mükafatçılar müəyyənləşib. Çəki dərəcələri üzrə I, II, III yerləri tutmuş idmançılar diplom, medal və pul mükafatı ilə təltif edilib.

Azərbaycan güləşçiləri turnirin ilk günündə 3 qızıl, 7 gümüş və 10 bürünc medal qazanıb.

42 kq 
FİNAL - Əsgər Məmmədəliyev - Şahin Muxtarov 
Bürünc medal görüşü - Akbar Kurbanov (Qazaxstan) - Gia Ugrelidze (Gürcüstan)
Bürünc medal görüşü - Ramiz Həsənov - Asif Məhərrəmov

46 kq
FİNAL - Rakhat Kaljan (Qazaxstan) - Rustam Juraev (Özbəkistan)
Bürünc medal görüşü - Röyal Ağamalıyev - İntiqam Vəlizadə
Bürünc medal görüşü - Hossein Nazari (İran) - Cavid Cavadzadə

50 kq 
FİNAL - Əliabbas Rzazadə - Dadgar Mohsen (İran)
Bürünc medal görüşü - Ülvi Hacızadə - Zaur Gagloev (Rusiya)
Bürünc medal görüşü - Şahin Əlifzadə - Bayram İsmayılov 

54 kq 
FİNAL - Kənan Şahbazov - Vano Godelaşvili (Gürcüstan)
Bürünc medal görüşü - Elmar İbrahimov - Kənan Ağamalıyev 
Bürünc medal görüşü - Elton Şahbazov - Giorgi Adleyba (Rusiya)

58 kq
FİNAL - Fazil Həsənov - Fizuli Hüseynov
Bürünc medal görüşü - Fərid Cəfərov - Goga Mamiauri (Gürcüstan)
Bürünc medal görüşü - Daud İbragimov (Rusiya) - Ahmedhan Gelişanov (Rusiya)

63 kq 
FİNAL - Qurban Qurbanov - Orxan Abbasov 
Bürünc medal görüşü - Tornike Kvinikadze (Gürcüstan) - Nəsib Osmanov 
Bürünc medal görüşü - Armin Babayi (İran) - Maqomed Surxoev (Rusiya)

69 kq
FİNAL - İsmayıl Abdullayev - İveriko Julakidze (Gürcüstan)
Bürünc medal görüşü - Camal Məmmədov - Xalid Əlizadə
Bürünc medal görüşü - Aslan Kurtoglu (Rusiya) - Mamuka Naniev (Rusiya)

76 kq 
FİNAL - Ravil Babazadə - Demuri Megeneişvili (Gürcüstan)
Bürünc medal görüşü - Giorgi Bregvadze (Gürcüstan) - Hamed Manafian (İran)
Bürünc medal görüşü - Abdulmuslim Məmmədov - Emin Nəcəfzadə 

85 kq 
FİNAL - Abofazl Gilpoor (İran) - Aslanbek Gvarmaniya (Rusiya) 
Bürünc medal görüşü - Xusanboy Raximov (Özbəkistan) - İbragim Barkinxoev (Rusiya)
Bürünc medal görüşü - Nəvai Bəkirov - Rahid Həmidli 

100 kq 
FİNAL - Amir Reza Fatahi (İran) - Xasaboy Raximov (Özbəkistan)
Bürünc medal görüşü - Zuriko Urtaşvili (Gürcüstan) - Adilet Botabek (Qazaxstan)
Bürünc medal görüşü - Əli Əminov - Aslan Kokoev (Rusiya)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail