"Zarafatla dedi ki, Abdulqadir nokaut etsin", 5 saniyədən sonra rəqibini yerə sərdi" - MÜSAHİBƏ

19.01.2015 | 4294 dəfə oxunub

“Baku Fires” Ümumdünya Boks Seriyasının (WSB) V mövsümünə inamlı qələbə ilə başlayıb. Komandamız Quba Olimpiya Kompleksində “İtalia Thunder”i 4:1 hesabı ilə məğlub edib. Stadium.Az xəbər verir ki, görüşdən sonra “Baku Fires”in baş meneceri Rizvan Gənciyev jurnalistlərin suallarını cavablandırıb.

 

- Yəqin ki, hər şey gözlədiyiniz kimi oldu. Komanda çempionata 4:1 hesablı qələbə ilə başladı. Boksçuların çıxışından razı qaldızmı?

- Düzü əvvəlcədən də bilirdik ki, 49 kq çəki dərəcəsində döyüş bizim üçün çətin olacaq. Bu çəkidə bir az çətinliyimiz var. Həm də gənc Məhəmməd İbiyevin rəqibi Olimpiya oyunlarının 2 qat bürünc mükafatçısı, Avropa çempionu Patrik Bars idi. İrlandiya boksçusu çox təcrübəli bir idmançıdı. Amma buna baxmayaraq, İbiyev əlindən gələni etdi. Sonadək rəqibinə müqavimət göstərməyə çalışdı. Digər çəki dərəcələrindəki boksçularımız çox yaxşı çıxış etdilər. Rəqibin heyətində Olimpiya oyunlarının iki mükafatçısı – Konlan və Mangiakapreni müvafiq olaraq, Məhəmməd Qurbanov və Heybətulla Hacəliyev məğlub etdi. Hacəliyevi xüsusi ilə qeyd etmək istərdim. O, bu gün çox yaxşı təsir bağışladı. Təcrübəli İtaliya boksçusunu 2 dəfə nokdauna saldı. Abdulqadir Abdullayev isə həmişəki kimi öz ampluasında idi. Boksçumuz bu dəfə italiyalı Fabio Turçini nokautla məğlub etdi. Açığı, zərbə o qədər cəld oldu ki, hər şeyin necə baş verdiyini görə bilmədim. Yalnız televiziya vasitəsi ilə təkrardan izlədim. Biz komandaya yeni məşqçilərin cəlb olunmasının faydasını görürük. Boksçularımızın taktiki-texniki cəhətdən hazırlığında irəliləyiş var. Bu da onu göstərir ki, doğru yoldayıq. Bu mövsüm boksçularımız sonadək əzmlə mübarizə aparmalıdırlar. Çünki WSB liqasından 17 idmançı Rio Olimpiadasına lisenziya qazanacaq. Yəni boksçular bu məqsəd üçün motivasiya olmalıdılar. Yarışa yaxşı hazırlaşmağımız üçün bizə hər bir şərait yaradan Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərova təşəkkür edirəm. İnanıram ki, “Baku Fires” klubunun boksçuları Azərbaycan milli komandasının heyətində həm Avropa Oyunlarında, həm də dünya çempionatında çıxış edəcəklər. Ən əsası isə Olimpiadaya vəsiqə qazana biləcəklər.

 

- Abdulqadir Abdullayevdən belə bir parlaq qələbə gözləyirdinizmi?

- Bakıdan bu yarışı izləmək üçün qonaqlarımız gəlmişdi. Onlardan biri zarafatla dedi ki, deyin, Abdulqadir nokaut etsin, həmin anda onun şəklini çəkim. Və iş elə gətirdi ki, 5 saniyədən sonra boksçumuz rəqibini yerə sərdi. Belə bir maraqlı təsadüf baş verdi. Abdullayev daim öz üzərində işləyən boksçudu. Hiss olunur ki, onda böyük irəliləyiş var. WSB liqasında bir çox döyüşlərdə qələbə qazanıb, kifayət qədər təcrübə toplayıb. 91 kq çəki dərəcəsində Olimpiya oyunlarına 1 vəsiqə veriləcək. Buna baxmayaraq, inanıram ki, Abdulqadir Rio Olimpiadasına lisenziyaya yiyələnə bilər.

 

- “Baku Fires”in yarışda növbəti rəqibi Venesuela klubu olacaq. Bu komanda WSB liqasında debüt edir. Onlar haqqında hər hansı məlumatınız varmı?

- Venesuelalılar barədə o qədər də geniş informasiyamız yoxdu. AİBA peşəkar rinqdə 20-dən çox döyüş keçirməyən boksçuların WSB-də çıxışına icazə verir. Çox güman ki, Venesuela komandasının heyətində də bu cür peşəkar boksçular olacaq. 69 kq çəki dərəcəsində güclü idmançıları var. O, dünya çempionatının mükafatçısı olub. Yanvarın 20-də Karakas şəhərinə yollanacağıq. Döyüşkən heyət aparırıq. 52 kq çəki dərəcəsində Elvin Məmişzadə, 60 kq-da Albert Səlimov, 69-da Yevgeni Romaşkeviç, 81-də Soltan Migitinov və superağır çəki dərəcəsində Arslanbek Mahmudov çıxış edəcək. Ümid edirəm ki, onlar etimadımızı doğruldacaqlar və Venesueladan istənilən nəticə ilə qayıdacağıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail