"Yenidən 1 nömrə olduğumu sübut etməyə hazıram" - MÜSAHİBƏ

19.01.2015 | 3886 dəfə oxunub

Boks üzrə milli komandamızın üzvü, 2010-cu ildə Moskvada keçirilən Avropa çempionatının gümüş, 2013-cü ildə Minskdəki qitə çempionatının bürünc mükafatçısı Elvin Məmişzadə (52 kq) “Baku Fires” klubunun heyətində yeni mövsümdə ilk döyüşünə hazırlaşır. Stadium.Az xəbər verir ki, həmyerlimiz Karakasda Venesuela boksçusu ilə üz-üzə gələcək. Məmişzadə “Baku Fires” – “İtalia Thunder” (4:1) qarşılaşmasından sonra Boks Federasiyasının mətbuat xidmətinin suallarını cavablandırıb.

 

- Yeni mövsümünün ilk qarşılaşmasında “Baku Fires” “İtalia Thunder” komandasını 4:1 hesabı ilə məğlub etdi. Bu görüşü siz də izlədiz, fikirlərinizi bilmək maraqlı olardı.

- Öncədən də bilirdik ki, İtaliya komandasının heyətində 49 kq çəki dərəcəsində döyüşən Pekin və London Olimpiadalarının bürünc mükafatçısı, Avropa çempionu Patrik Barns güclü boksçudu. 2010-cu ildə Moskvadakı Avropa çempionatının final görüşündə mən də ona uduzmuşdum. O vaxtdan Barns beynəlxalq arenada yüksək səviyyədə çıxış edir. Qalan çəki dərəcələrində döyüşən boksçularımıza inanırdıq və onların hamısı qələbə qazandı. Yeni mövsümə ciddi hazırlaşmışıq. Bir neçə mərhələdən ibarət təlim-məşq toplanışları keçdik. Bu mövsüm iki həftədən bir rinqə çıxmalıyıq. Ona görə də yarışa çox ciddi hazırlaşmışıq.

 

- Növbəti görüşünüz Venesuela klubu ilə olacaq. Bu komanda WSB liqasında debüt edir. Siz də yeni mövsümdə ilk döyüşünüzü orada keçirəcəksiz. Rəqib haqda məlumatınız varmı?

- Rəqibim Eduard Salas olacaq. Onu 2013-cü ildə Almatıdakı dünya çempionatında məğlub etmişdim. Bu dəfə bizə çətin olacaq. Venesuelaya bir neçə saat uçmalı olacağıq. Həm də saat və iqlim fərqləri də var. Uyğunlaşma baxımından bir az çətinliyimiz ola bilər. Ancaq Venesuelaya güclü heyətlə gedirik. Məndən başqa, Albert Səlimov, Yevgeni Romaşkeviç, Soltan Migitinov və Arslanbek Mahmudov rinqə çıxacaq. Onlar kifayət qədər təcrübəli boksçulardı. İkinci görüşdə də qələbə qazanmağa çalışacağıq.

 

- Sonuncu Azərbaycan Kuboku sizin üçün uğurlu olmadı. 52 kq çəki dərəcəsində əsas fovarit sayılsaz da, gözlənilmədən uduzduz. Həmin yarışda nə baş verdi?

- Heç özüm də bilmirəm, niyə belə oldu. Rəqib də, mən də yaxşı döyüş göstərmədik. Döyüşüm alınmadı. Başqa problem yox idi.

 

- “Baku Fires” klubunun heyətində olduğunuzdan bu günlərdə başa çatan Azərbaycan çempionatında iştirak edə bilmədiz. Yenidən birinci nömrə olduğunuzu necə sübut edəcəksiz?

- Əsas məqsədim WSB liqasından Rio Olimpiadasına lisenziya qazanmaqdı. Əlbəttə, vəsiqə almaq asan olmayacaq. İki həftədən bir döyüşlərimiz var. Bu qarşılaşmalarda çəki salmaq da çətindi. Amma özümə inanıram. Lisenziya qazana bilməsəm, milli komandanın heyətində dünya çempionatında və digər lisenziya turnirlərində iştirak edəcəm. Əgər rəhbərlik lazım bilsə, yenidən 1 nömrə olduğumu sparinq görüşlərində sübut etməyə hazıram.

 

- Komandaya yeni yerli boksçular - Tural Əhmədov, Pərviz Bağırov, Nəsrəddin Məmmədov cəlb olunub. Onlar necə təsir bağışlayır?

- Komandamıza yeni qoşulmuş yerli boksçularla öncədən də söhbət etmişdik. Onlara buradakı vəziyyət, məşqlər barədə danışmışdıq. Bilirdilər ki, məşqlər yığma komandadan fərqlidir. Onlar da komandaya çox yaxşı uyğunlaşdılar. Məşqçilər də həmin boksçulardan razıdılar.

 

- Uzun illər olimpiya boksunda çıxış etmisiz. Artıq 3 ildir WSB liqasında döyüşürsüz. Döyüşdə qaydaların fərqli olduğu məlumdu. Bəs hazırlıq baxımından hansı fərqlər var?

- WSB liqasında məşqlər zamanı fiziki hazırlığa daha çox fikir verilir. Burada güc önəmli rol oynayır. Rəqib də fiziki cəhətdən güclü ola bilər. 5 raund davam gətirmək lazımdı. Düzdü, milli komandada da belə məşqlər olur. Ancaq hər məşqçinin öz taktikası var.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail