Millimiz turnirə 20 idmançı ilə yollanır

21.01.2015 | 3435 dəfə oxunub

29-30 yanvar 2015-ci il tarixdə İran İslam Respublikasının Məşhəd şəhərində yeniyetmələr arasında "Yadigar İmam Kuboku" beynəlxalq turniri keçiriləcək. Stadium.Az xəbər verir ki, turnirdə sərbəst və yunan-Roma güləşi üzrə yığma komandalarımız iştirak edəcək. 

Məşqçilər İslam Cəfərov və Fuad Əliyevin rəhbərliyi altında turnirə yollanancaq yunan-Roma yığmasının heyətinə 10 güləşçi daxil edilib. Turnirdə ölkəmizi Mirsirac Həsənli (42 kq), Ramal Əhədli (46 kq), Nurağa Yusifli (50 kq), Xancavad Məcidzadə (54 kq), Məhəmmədəli Həsənli (58 kq), Ceyhun Nəsirov (63 kq), Cavanşir Qasımov (69 kq), Nəzərşah Fətullayev (76 kq), Yaşar Zamanov (85 kq) və Rauf Məmmədli (100 kq) təmsil edəcək. 

Sərbəst güləşçilərin yarışında isə Şahin Muxtarov (42 kq), İntiqam Vəlizadə (46 kq), Əliabbas Rzazadə (50 kq), Kənan Ağamalıyev (54 kq), Fazil Həsənov, Fizuli Hüseynov (hər ikisi 58 kq), Orxan Abbasov (63 kq), İsmayıl Abdullayev (69 kq), Ravil Babazadə və Əhliman Quliyev (hər ikisi 76 kq) mübarizə aparacaq. Yığma komandaya böyük məşqçi Nazim Əlicanov və məşqçi Vahid Məmmədov rəhbərlik edəcək. 

Beynəlxalq dərəcəli hakim Babək Allahverdiyev görüşlərin idarə edilməsində iştirak edəcək. 

Turnirin proqramına əsasən, yanvarın 29-da sərbəst güləş üzrə 42, 50, 58, 69 və 85 kq, yunan-Roma güləşi üzrə 46, 54, 63, 76 və 100 kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək. Sərbəst güləş üzrə 46, 54, 63, 76 və 100 kq, yunan-Roma güləşi üzrə 42, 50, 58, 69 və 85 kq çəkidə idmançılar isə yanvarın 30-da mübarizə aparacaq. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail