Bakı-2015: Daha təhlükəsiz yollara doğru

22.01.2015 | 3239 dəfə oxunub

İyunun 12-28-də keçiriləcək I Avropa Oyunları ərəfəsində Bakının 2000-dən artıq sürücüsü geniş təlim məşğələlərindən faydalanacaqlar. Stadium.Az xəbər verir ki, yarışın gedişində idmançıların, rəsmi şəxslərin və milli nümayəndə heyəti üzvlərinin daşınması üçün yeni avtobus, mikroavtobus və sedan qruplarından istifadə ediləcək.

Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi Azərbaycan Nəqliyyat Nazirliyi və şəhərin avtobus şəbəkəsinin müasirləşdirilməsinə cavabdeh dövlət orqanı olan Bakı Avtobus Şirkəti ilə birlikdə sürücülərin nəqliyyat vasitələrini təhlükəsiz və səmərəli idarə etmələri üçün lazımı bacarıqlara yiyələnmələrinin təmin edilməsi istiqamətində iş aparır.

800 avtobus sürücüsü daxil olmaqla, ümumilikdə 2100 iştirakçı gələn aylar ərzində nəzəri məşğələlər, yeni nəqliyyat vasitələri ilə praktik tanışlıq, eləcə də Bakı-2015 Avropa Oyunlarının idman obyektləri və marşrutları ilə tanışlıqdan ibarət 3 hissəli kurs keçəcəklər. Oyunlar dövründə sürücülərin marşrutlarda rəsmi işə çıxmazdan əvvəl 15 günlük ixtisaslaşdırılmış təlim keçəcəkləri gözlənilir.

Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq ki, paytaxt sürücülərinin təlim keçmələri yarış dövründə nəqliyyat xidmətlərinin fasiləsiz fəaliyyət göstərməsinə kömək edəcək, eləcə də əhalinin gündəlik həyatında daimi irəliləyişə səbəb olacaq: “Bakının peşəkar sürücülərindən bir çoxu geniş təcrübəyə malikdi və bu yaxınlarda keçirilmiş Avroviziya Mahnı Müsabiqəsi kimi iri tədbirlər dövründə çalışıblar”.

Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Nəqliyyat şöbəsinin direktoru cənab Panayotis Protopsaltisin sözlərinə görə, bu təşəbbüs iri idman tədbirləri tarixində sürücülər üçün ən böyük təlim proqramıdı: “Həmçinin, Bakı və Azərbaycan üçün nəqliyyat sahəsində insan resurslarının və fiziki sərvətlərin təmin edilməsi ilə əlaqədar Bakı-2015 Avropa Oyunlarının öhdəliklərinin bir hissəsidi. Ən yüksək dünya standartlarına uyğun inşa edilmiş yeni təlim mərkəzi Bakının yollarında təhlükəsizliyə və qabaqcıl təcrübənin tətbiqinə müsbət təsir göstərəcək”.

Təlim kursu sürücülərin öz bacarıqlarını təkmilləşdirmələri və Avropa Oyunları dövründəki işlərdə fəal rol oynamağa hazır olmaları üçün mükəmməl fürsətdi. Bu, həm də Azərbaycanda peşəkar sürücülərin Təkmilləşmə Mərkəzinin əsasını qoyacaq.

Kursa yenicə qoşulmuş Bakının avtobus sürücüsü Mübariz İbrahimov kursların faydasını yüksək qiymətləndirib: “Mən 2012 FIFA U-17 qadınlar arasında dünya çempionatı kimi iri tədbirlərdə işləmişəm. Bununla belə təlim kursu yeni nəqliyyat vasitələrinə alışmağa və Avropa Oyunları dövründə, eləcə də sonra lazım olacaq faydalı bacarıqları öyrənməyə kömək edəcək”.  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail