"İndi daha optimal formadayam"

22.01.2015 | 3281 dəfə oxunub

Yanvarın 23-də və 24-də AİBA Pro Boxing (APB) turnirində növbəti döyüşlər keçiriləcək. Stadium.Az xəbər verir ki, ilk yarış günündə super ağır çəki dərəcəsində çıxış edən boksçular mübarizə aparacaq.

2 qat dünya, Avropa çempionu, London Olimpiadasının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov rusiyalı Maqomed Omarovla üz-üzə gələcək. Milli komandamızın üzvü artıq iki dəfə - London Olimpiadasında və 2013-cü ildə Qazaxıstandakı dünya çempionatında Omarovla qarşılaşıb və hər iki görüşdə qələbə qazanıb. Rusiyalı boksçu həmin döyüşləri xatırladaraq, revanş arzusunda olduğunu deyib.

Məcidov isə ötən görüşlərə nisbətən indi özünü daha yaxşı hiss etdiyini vurğulayıb: “Xəstəlikdən sonra özümə tam gəlməmiş AİBA Pro Boxing turnirində ilk döyüşümə çıxdım. Verveyko ilə qarşılaşmada heç 50 faiz hazır deyildim. İndi daha optimal formadayam. Omarovu yaxşı tanıyıram. Onun həm APB-də, həm də Olimpiya boksundakı görüşlərini diqqətlə izləmişəm”.

Omarovun məşqçisi Zübeyr Cəfərov Məhəmmədrəsul Məcidovun 2 döyüşü vaxtından əvvəl başa vurmasının onun ziyanına işləyə biləcəyini deyib: “Məcidov hər iki qarşılaşmada nokautla qalib gəlib. 6 raund mübarizə aparmayıb. Bu baxımdan Omarovun azacıq üstünlüyü var”.

Superağır çəki dərəcəsində çempionluq kəməri uğrunda almaniyalı Erik Pfayeferlə Mərakeş nümayəndəsi Məhəmməd Arjoui üz-üzə gələcək. Ötən görüşü zədə səbəbindən sona kimi davam etdirə bilməyən Pfayfer bu dəfə özünü yaxşı hiss etdiyini bildirib. Bundan başqa, misirli Əhməd Samir Almaniyanı təmsil edən Alı Kıydınla üz-üzə gələcək. Mixay Nistorun rəqibi Toni Yoka isə Bakıya gəlməyib.

Qeyd edək ki, Məcidov Omarovu məğlub etsə, APB-dən lisenziya şansını saxlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail