"Caciques Venezuela" - "Baku Fires": heyətlər açıqlandı

23.01.2015 | 3738 dəfə oxunub

Yanvarın 25-də Venesuelanın paytaxtı Karakasda Ümumdünya Boks Seriyasının (WSB) V mövsümünün 2-ci turunun görüşü keçiriləcək. Stadium.Az xəbər verir ki, Azərbaycanın “Baku Fires” klubu turnirin debütantlarından olan Venesuelanın “Caciques Venesuela” komandası ilə qarşılaşacaq.

Komandaların heyətləri artıq məlumdur:

“Caciques Venezuela” - "Baku Fires”

52 kq. Bermudes Salas  – Elvin Məmişzadə 
60 kq. Nestor Armas – Albert Səlimov  
69 kq. Maestre Perez  – Yevgeni Romaşkeviç  
81 kq. Ramirez Duran – Soltan Migitinov  
+91 kq. Munoz Mata – Arslanbek Mahmudov

Azərbaycan milli komandasının üzvü Elvin Məmişzadə artıq bir dəfə məğlub etdiyi Salasla yenidən qarşılaşmalı olacaq. Həmyerlimiz 30 yaşlı venesuelalı boksçunu 2013-cü ildə Qazaxıstanda keçirilən dünya çempionatında üstələmişdi. 2006-cı ildə Amerika Oyunlarında gümüş medal qazanan Salas Pekin Olimpiadasının da iştirakçısı olub.

Venesuela komandasının ən güclü boksçusu 2013-cü ilin dünya çempionatının bürünc mükafatçısı Maestre Perezdir. O, Almatadakı yarışda rusiyalı Avropa çempionu Aleksandr Besputunu məğlub etməklə, sensasiyaya nail olmuşdu.

Arslanbek Mahmudovun rəqibi olacaq 31 yaşlı Munoz Mata boksçumuzun “dişinə” görədir. 2003-cü ildə Pan Amerika oyunlarının bürünc mükafatçısı olan boksçu o vaxtdan elə bir ciddi nailiyyət əldə etməyib. Qeyd edək ki, Mata 2004-cü ildə Afina Olimpiadasında hazırda “Baku Fires”də məşqşi kimi çalışan Məhəmməd Arifhacıyevə uduzub. 

Venesuela klubu ilk turda səfərdə “Astana Arlans”a 0:5 hesabı ilə məğlub olub. “Baku Fires” isə Qubada “İtalia Thuinder”i  4:1 hesabı ilə üstələmişdi.  Qrupumuzdakı digər görüşlərə gəlincə, “Argentina Condors” doğma divarlar arasında ABŞ klubuna 1:4 hesabı ilə uduzub. Puerto Riko boksçuları isə öz ölkələrində “Poland Hussar”ı  büdrədiblər – 3:2. 

B qrupu

1. “Astana Arlans” 3 xal (1 görüş)  
2. “Baku Fires” 3 (1)  
3. Puerto Riko Hurricanes 3 (1)  
4. USA Knocukouts 3 ( 1) 
5. Husars Poland 1 (1) 
6. İtalia Thunder 0 (1) 
7. Cacques Venezuela 0 (1) 
8. Argentina Condors 0 (1)

2-ci turda B qrupunda Hussars Poland Astana Arlans-la, USA Knockouts İtalia Thunder-lə, Argentina Condors isə Puerto Riko Hurricanes-lə qarşılaşacaq.

Cari çempionatda mübarizənin gərgin keçəcəyinə  dəlalət edən səbəblərdən biri də Olimpiya oyunlarına lisenziyaların verilməsidir. WSB liqasından 17 boksçu mövsümün sonunda Rio Olimpiadasına vəsiqə qazanacaq.  49, 91 və +91 kq çəki dərəcələrində 1 idmançı, digər çəkilərdə isə 2 boksçu planetin ən böyük yarışına lisenziya əldə edəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail