Məcidov rusiyalı boksçuya uduzdu

24.01.2015 | 3816 dəfə oxunub

“Sərhədçi” İdman Olimpiya Mərkəzində AİBA Pro Boxing turnirində super ağır çəki dərəcəsində növbəti döyüşlər keçirilib. Stadium.Az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Məhəmmədrəsul Məcidov bu dəfə rusiyalı Maqimed Omarova qarşılaşıb.

Təəssüf ki, Məcidov buna qədər iki dəfə məğlub etdiyi Omarovu üstələyə bilməyib. 6 raundluq mübarizədən sonra hakimlərdən biri Azərbaycan boksçusunu qalib sayıb. Digər iki hakim isə heç-heçə qeydə alıb. Bu zaman qaydalara əsasən hakimlər əlavə göstəricilərə diqqət yetiriblər və burada onlar Rusiya idmançısını üstün sayıblar – 1:2 (57:57!, 57:57!, 58:56).

Gecənin əsas döyüşündə isə Almaniya idmançısı Erik Pfayfer mərakeşli Məhəmməd Arjoui ilə üz-üzə gəlib. 8 raundluq mübarizədən sonra hakimlər qələbəni Pfayferə veriblər – 3:0 (78:74, 78:74, 78:74). Qarşılaşmadan sonra Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, AİBA  İcraiyyə Komitəsinin üzvü Süleyman Mikayılov və yarışın supervayzeri Adam Kusior APB-nin kəmərini Pfayferə təqdim ediblər. Almaniyalı boksçu həm də Rio Olimpiadasına vəsiqə qazanıb.

Fransalı Toni Yoka Bakıya gəlmədiyi üçün qələbə rumıniyalı Mixay Nistora verilib. Almaniya boksçusu Əli Kıydın isə Misir təmsilçisi Əhməd Samirdən üstün olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail