"Rio Olimpiadasına getmək tapşırığının öhdəsindən gələcəm" - MÜSAHİBƏ

24.01.2015 | 3289 dəfə oxunub

“Sərhədçi” İdman Olimpiya Mərkəzində keçiriləcək “AİBA Pro Boxing” (APB) turnirində çəkisi 69 kq olan boksçuların mübarizəsində keniyalı Rayton Okviri ilə qüvvəsini sınayacaq Türkiyə idmançısı Onur Sipal ABF-nin Mətbuat Xidmətinin suallarını cavablandırıb. Stadium.Az xəbər verir ki, qonşu ölkə təmsilçisi yarış haqda fikirlərini açıqlayıb. Sipal Azərbaycan boksu ilə bağlı fikirlərini də bildirib.

 

- Okviri ilə çox vacib bir görüşə çıxacan. Artıq APB-də bir dəfə bu rəqibini məğlub etmisən. Bu dəfə döyüşdən əvvəl özünü necə hiss edirsən?

- 35 gün müddətində yaxşı hazırlıq keçdik. Okviri ilə bir dəfə qarşılaşdığımdan onun döyüş üslubuna bələdəm. Ancaq bu dəfə rəqibim revanş almaq üçün əlindən gələni edəcək. Ötən qarşılaşmadan fərqli olaraq, bu dəfə daha çətin olacaq. Həlledici döyüşdür və qalib Olimpiadaya vəsiqə əldə edəcək. İnanıram ki, məhz Bakıda Rio Olimpiadasına getmək tapşırığının öhdəsindən gələcəm.

 

- Final olduğundan bu dəfə siz digərlərindən fərqli olaraq, 8 raund mübarizə aparmalı olacaqsınız. İlk dəfə 8 raund döyüşəcən, buna hazırsanmı?

- Təkcə mən yox, rəqibim də ilk dəfə 8 raund rinqdə olmalıdır. Yəni bu çətinlik ikimizə də aiddir. Türkiyədəki təlim-məşq toplanışında buna xüsusi hazırlaşmışıq. İki sparinq rəqibim var idi və hərəsi ilə 4 raund çalışırdım. Mən əvəllər WSB liqasında “İstanbuls” klubunun heyətində çıxış etmişəm. Orada 5 raund döyüşürdük. Yəni artıq müəyyən qədər təcrübəm var.

 

- Biz səni Türkiyə milli komandasının heyətindən tanıyırıq. Olimpiya boksunda dünya və Avropa çempionatlarında iştirak etmisən. 2008-ci ildə Pekin Olimpiadasında mübarizə aparmısan. Nece oldu ki, APB-də çıxış etməyi qərara aldın?

- Əslində öncədən bilirdim ki, AİBA belə bir proekt üzərində işləyir. Bu yarış idmançılara peşəkar qaydalarla döyüşərək, Olimpiya oyunlarında iştirak etmək imkanı verir. APB-nin rəhbərliyindən belə bir təklif gəldikdə isə bunu müsbət cavabladım. Ümumiyyətlə, həmişə peşəkar boksa marağım olub. Belə bir lahiyəyə start verilməsi ürəyimcə oldu.

 

- Turnirin Bakıda keçirilməsi qələbəndə nə dərəcədə rol oynadı?

- Hər dəfə mətbuat konfranslarında da qeyd edirəm ki, burda özümü evdəki kimi hiss edirəm. Heç bir çətinliyim yoxdur. Azərbaycan Boks Federasiyasına da təşəkkür edirəm ki, yarışı bu cür təşkil edib. “Sərhədçi”də rinqə çıxanda azarkeşlər hamısı mənə dəstək olurlar. Bir daha onlara “çox sag ol” deyirəm. Allah hər birindən razı olsun.

 

- Türkiyə boksunda son illərdə bir durğunluq yaşanır. Komanda London Olimpiadasında, eləcə də son dünya və Avropa çempionatlarında medalsız qaldı. Bunun səbəbi nədir?

- Əvəllər Türkiyə komandası qatıldığı hər yarışdan medalla dönərdi. Amma son illərdə həqiqətən də vəziyyət bizim ziyanımıza olaraq dəyişdi. Azərbaycan isə həm Olimpiya oyunlarında,  həm də dünya çempionatında uğurla çıxış etdi. Etiraf etməliyəm ki, indi siz boksda bizdən öndəsiz. Məncə, Azərbaycan milli komandası ilə birgə təlim-məşq toplanışları bizim xeyrimizə olardı. Belədə gənc boksçularımız da təcrübələrini artıra bilərdilər.

 

Azərbaycan boksçularından kimləri tanıyırsan və onlar haqda fikirlərin də maraqlıdır.

- Almatıda dünya çempionatında Cavid Çələbiyev və Məhəmmədrəsul Məcidov 1-ci yeri tutdu. Məcidov həm də APB-də çıxış edir. Bundan başqa bizim çəkidə Tamerlan Abdullayev də var. Əvvəlki idmançılardan isə Romal Amanovu, Emil Məhərrəmovu qeyd edə bilərəm. Dəfələrlə onlarla müxtəlif beynəlxalq yarışlarda qarşılaşmışıq. İndi də yaxşı münasibətlərimiz var.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail