"Avropa Oyunlarına çox ciddi hazırlaşıram" - MÜSAHİBƏ

26.01.2015 | 3767 dəfə oxunub

Bakıda keçiriləcək I Avropa Oyunlarının startına qısa müddət qalıb. Ev sahibliyi edəcəyimiz bu möhtəşəm hadisə özündə 20 idman növünü birləşdirəcək. Onların arasında bədii gimnastika, aerobika gimnastikası, qadın və kişi idman gimnastikası, akrobatika, eləcə də batutda tullanma təqdim olunacaq.


Məhz batutda Azərbaycanı iki oğlan və iki qız idmançı təmsil edəcək. Oyunların proqramına əsasən onlar fərdi və sinxron olaraq çıxış edəcəklər. Ənənəvi olaraq, Azərbaycan Gimnastika Federasiyası Oyunların mümkün iştirakçılarının daha biri ilə söhbət edib. Stadium.Az xəbər verir ki, qurumun mətbuat xidmətinin qonağı İlya Qrişunin olub.


- Gimnastikaya gəlişiniz barədə məlumat verərdiz. Necə oldu ki, məhz bu idman növünü seçdin?
Məni gimnastikaya anam gətirib, batutu mən xüsusilə seçməmişdim. Daha sonra məni cəlb etdi və başa düşdüm ki, onsuz yaşaya bilmərəm.

 

- Necə düşünürsüz, başqa idman sahəsində uğurlu ola bilərdizmi?
Əlbəttə, düşünürəm ki, bütün idman növlərində alınardı. Əgər insanın idmana bacarığı varsa, o zaman onun bütün idman növlərində üstünlükləri ola bilər. Misal üçün mənim, su üzərində tullanma, idman gimnastikası, boks, futbol və xokkey xoşuma gəlir.

 

- Sizcə, hər hansı idman növündə vacib olan nədi?
İstək və əzmkarlıq. Daha sonra rejim və müxtəlif aspektlərdən sadalaya biləcəyim digər məqamlar. Amma ən vacibi istəməkdi. Bir şeyi əldə etməyi istəməlisən və ən əsası konkret olaraq nə əldə etmək istədiyini bilməlisən.

 

- Yarış günü emosiyalarınla necə bacarırsız? Təmkinli olmağınızın sirri nədədi?
Son vaxtlardı çox həyəcanlanmıram. Yəqin bütün qorxularımdan azad olmuşam, öz-özümə deyirəm ki, qorxmağa dəyməz, digərləri də bunu yaşayır. Bu kömək edir.

 

- Peşəkar idmanla məşğul olmaq nə dərəcədə təhlükəlidi? Yoxsa bu idman növündən asılıdı?
- Təhlükə bizi hər gün izləyir, lakin sən əgər bir dəfə zədə almısansa, artıq beyin avtomatik olaraq, zədə almamaq üçün necə düşmək lazım olduğunu analiz edir. Sən bunu dərk etməsən də, özünü qorumaq instinkti işə düşür.

 

 

- İdmanda kumiriniz varmı?
Bəli, bu Ule-Eynar Byorndalendi – norveçli biatlonçu. Məni çox təəccübləndirir ki, 40 yaşlı bir insan Olimpiya oyunlarını necə qazana bilər. Eyni zamanda, onun 7 qat Olimpiya çempionu olması həm heyrətləndirir, həm də həvəsləndirir.

 

- Yaxın gələcək üçün idman planlarınız barədə nə deyə bilərsiz?
Planda medal qazanmaqdı. Ən azı Avropa Oyunlarında bürünc medal, həmçinin dünya komanda çempionatında Olimpiya – 2016-ya lisenziya qazanmaq istəyirəm. Planlarım budu.

 

- Avropa Oyunları sizin üçün nə kəsb edir və ona necə hazırlaşırsız?
- Bu mənim üçün tamamilə yeni yarışdı. Mən Avropa Oyunlarına çox ciddi hazırlaşıram, belə ki, bu mənim ən vacib yarışım olacaq. Xüsusən də, yarışlar burada - öz evimizdə keçiriləcək. Buna görə də, hazırlıq “200 dərəcə” ciddi şəkildə gedir.

 

- İdmandan bir az uzaqlaşsaq, reallaşdırmaq istədiyin başqa arzularınız, məqsədləriniz varmı?
- Mənim musiqiyə həvəsim var. Klub musiqiləri bəstələyirəm, kompüterdə miksləşdirirəm. Təəssüflər olsun ki, mən bununla tam məşğul ola bilmirəm, həm vaxta, həm də digər səbəblərə görə.  Ümid edirəm ki, gələcəkdə bu istiqamətdə işləyə bilərəm.


- İdmanla gündəlik həyatınızı birləşdirə bilirsizmi?

- Bəzən nəsə etməyə həvəs olmur, gücüm çatmır. Bəzən vaxt olmur. Lakin, istək olandan sonra digər şeylərə də vaxt ayırmaq olar və bu vacibdi.


- Bir az da bəlkə ailəniz barədə danışasız.
- Mənim həyat yoldaşım və yaş yarımlıq uşağım var. Çox yaxşıdılar, onları çox sevirəm. Əlavə 2 uşaq da istəyirəm (gülür).


 - Adətən azarkeşləriniz tribunlardan sizi necə dəstəkləyirlər? Onlardan nə eşitmək istərdiz?

İstəyərdim ki, heç kəs səslənməsin. Çünki bizim idman növündə səs fikrimizi yayındırır (gülür). Əgər futbolda nəsə qışqırıb, demək olarsa bizə superpeşəkar deyərlər. Mənim ABŞ-da dünya çempionatındakı ab-hava çox xoşuma gəldi, fonda sakit musiqi səslənirdi, azarkeşlər də sakit idilər. Bu musiqi bizə sakitləşməyə çox kömək edirdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail