Güləş Federasiyası loqosunu dəyişir

28.01.2015 | 4255 dəfə oxunub

Azərbaycan Güləş Federasiyası qurumun loqosunu yeniləmək qərarına gəlib. Stadium.Az xəbər verir ki, bu məqsədlə peşəkar dizaynerlər arasında loqo müsabiqəsi elan edilib.

Müsabiqənin şərtləri:

— loqo dizaynı özündə Federasiyanın fəaliyyəti, strategiya və missiyasına dair elementləri ehtiva etməlidir;
— loqoda Azərbaycan güləşinin zəngin tarixi və müasir uğurlarını əks etdirən məqamlara yer verilməlidir;
— dizayn orijinal, rəngli və konseptual görünüşlü olmalıdır;
— müsabiqəyə yalnız indiyə qədər istifadə edilməyən və mövcud loqotiplərin elementlərini təkrarlamayan layihələr təqdim edilməlidir;

 Təklif olunacaq eskiz və layihələr fevralın 1-dən 22-dək " [email protected]" e-mail ünvanına və ya Zərifə Əliyeva küçəsi 55, Azərbaycan Güləş Federasiyasının Mətbuat Xidmətinə göndərilməlidir. (Əlaqə üçün: 4997774/75, 0502459906)

Hər bir iştirakçı bir neçə layihə təqdim edə bilər. Təklif olunan layihəni təqdim edən şəxs adını, soyadını, əlaqə nömrəsini, işlədiyi və ya oxuduğu müəssisəni qeyd etməlidir.

Müsabiqədə istənilən şəxs və ya şirkət iştirak edə bilər.

Təqdim olunan təkliflərə xüsusi komissiya tərəfindən 28 fevral 2015-ci il tarixinə qədər baxılaraq müsabiqənin qalibi elan olunacaq. Müsabiqənin qalibi 1 000 (bir min) manat məbləğində pul mükafatı və Federasiyanın xüsusi hədiyyəsi ilə təltif olunacaq.

Qalib gəlmiş loqo Federasiyanın blanklarında, vizit kartlarında və digər çap məhsullarında istifadə ediləcək.

Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov loqo dəyişikliyi ilə bağlı müsabiqə elan edilməsinin zəruriliyini dövrün tələbi ilə əlaqələndirib:

"Bildiyiniz kimi, bu yaxınlarda Beynəlxalq Güləş Federasiyası da belə bir addım atdı, həm qurumun adı, həm də loqosu dəyişdirildi. Hər bir qurum mütəmadi olaraq re-brendinq edir. Bu, artıq müasir dövrün bir tələbinə çevrilib. Azərbaycan Güləş Federasiyası öz fəaliyyətində hər zaman yenilikçi ideyaları tətbiq edir. Bu baxımdan, artıq uzun müddət idi ki, istifadə etdiyimiz loqotipin dəyişdirilməsi barədə qərar qəbul etmişik. Bütün dizaynerləri müsabiqədə iştirak etməyə dəvət edirəm. Təqdim olunacaq layihələrə Federasiya prezidenti cənab Fazil Məmmədovun və I vitse-prezident, Dünya Güləş Birliyi İdarə Heyətinin üzvü cənab Namiq Əliyevin rəhbərliyi altında yaradılmış xüsusi komissiya tərəfindən baxılacaq. Azərbaycan güləşinin zəngin tarixi və müasirliyini özündə ehtiva edən, Federasiyanın bugünkü fəaliyyətini, strategiya və missiyasını əks etdirən layihə seçiləcək və bundan sonra AGF-nin rəsmi loqotipi kimi istifadə olunacaq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail