Bakı 2015: Milyarıd keçdilər

02.02.2015 | 3243 dəfə oxunub

İyunda Bakıda keçiriləcək Avropa Oyunlarının Əməliyyat Komitəsi İspaniya, Portuqaliya, Estoniya, Latviya və Sloveniyada yarışın yayımlanmasını təmin edəcək 5 müqaviləyə imza atıb. Stadium.Az xəbər verir ki, Bakı-2015-in Təşkilat Komitəsindən verilən məlumata görə, bağlanmış yeni müqavilələrə əsasən, İspaniyanın RTVE, Estoniyanın ERR, Latviyanın LTV, Sloveniyanın “RTV Slovenija” və Portuqaliyanın ödənişli “Sport TV” adlı ictimai televiziya şirkətləri Oyunlar müddətində gedişatı gündəlik olaraq bütün gün ərzində və ya minimum saatlar çərçivəsində nümayiş etdirəcək.

Avropa Oyunları artıq dünyada milyarddan artıq tamaşaçının yarışları izləyə bilməsini təmin edəcək yeni sazişlərə malikdi.

Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib ki, Bakı-2015-in Əməliyyat Komitəsinin Avropanın daha 5 aparıcı televiziya şəbəkəsi ilə yayım sazişi imzalamasından və bununla da müqavilə bağlanmış ölkələrin sayının 47-ə çatmasından çox məmnundu: ““Bu yay keçiriləcək I Avropa Oyunlarını mümkün qədər çox insanın izləməsi bizim üçün çox vacibdi. Açılış mərasiminə 130 gün qalıb və bu kimi yeni sazişlərin bağlanması məqsədimizə nail olmaq istiqamətində böyük addımdı”.

Oyunlar müddətində yarışları geniş şəkildə işıqlandırmaqdan əlavə, İspaniyanın RTVE kanalı açılış və bağlanış mərasimlərini də canlı olaraq yayımlayacaq. Televiziya şəbəkəsində, həmçinin, Bakı-2015-lə bağlı gedən hazırlıqlara həsr olunmuş “Bakıya Yol” (Road to Baku) verilişləri də nümayiş olunacaq. Sport TV şirkəti isə əvvəlcədən təyin edilmiş və 24 saat fəaliyyət göstərən kanal vasitəsilə Portuqaliyada, eyni zamanda, Mozambik və Anqolada Oyunların yayımını təmin edəcək.

“RTV Slovenija”, Latviyanın LTV və Estoniyanın ERR televiziya şirkətləri də Oyunların geniş şəkildə işıqlandırılması öhdəliyinə malikdilər.

Avropa Oyunları Əməliyyat Komitəsinin Kommersiya şöbəsinin direktoru Çarli Viceratnanın sözlərinə görə, bu sazişlər Avropada və onun hüdudlarından kənarda on milyonlarla tamaşaçının Bakı-2015-i izləməsinə imkan yaradacaq. 2016-cı ildə Rioda keçiriləcək Olimpiya Oyunlarını da yayımlamaq hüququna sahib olan bu televiziya şirkətləri böyük çoxnövlü idman yarışlarının yayımlanmasında mühüm təcrübəyə malikdilər. Bakı-2015-in  Kommersiya şöbəsinin irəli sürdüyü təkliflərin əsas hissəsini yayım sazişlərinin bağlanması təşkil edib və mən bu istiqamətdə işlərimizi davam etdirməyimizdən məmnunam. Bu, onu göstərir ki, biz yarışların qitə üzrə nüfuzunu artırmağa davam edirik”.

Avropa Oyunları iyunun 12-28-də keçiriləcək. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail