"Çalışmaq lazımdı ki, Avropa Oyunlarında xalqımızı sevindirək"

05.02.2015 | 3841 dəfə oxunub

Azərbaycan Güləş Federasiyasında yığma komandaların məşqçilər korpusu ilə görüş keçirilib. Stadium.Az xəbər verir ki, görüşdə yığma komandaların hazırki vəziyyətini və qarşıdan gələn yarışlara hazırlığı müzakirə etmək, məşqçilərin fəaliyyətini qiymətləndirmək, idmançıların nizam-intizam qaydalarını təhlil etmək məqsədi daşıyıb.

Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov ilk növbədə hər bir yığma komanda üzvünün nizam-intizam qaydalarına riayət etməsinin vacibliyini bildirib.

"Hər bir idmançı ilk növbədə nizam-intizamlı olmalıdır. Uğur qazanmaq istəyirsənsə, intizama riayət etməlisən, proqram əsasında çalışmalısan. Bu günə qədər qazandığı nailiyyətlərdən asılı olmayaraq, bir idmançı intizama riayət etmirsə, məşqçilərin tapşırıqlarına əməl etmirsə o idmançının hazırlığı da istənilən səviyyədə olmayacaq. Əlbəttə, nizam-intizamla yanaşı, fiziki və taktiki hazırlıq da önəm daşıyır. İdmançıların fiziki və taktiki hazırlığının artırılması üzərində işləri gücləndirmək lazımdır. Qarşıda bizi tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunları gözləyir. Güləşçilərimiz hər zaman mötəbər yarışlardan qalib ayrılaraq xalqımızı, dövlətimizi sevindiriblər. Çalışmaq lazımdır ki, doğma paytaxtımızda keçiriləcək Avropa Oyunlarında da nailiyyətlərimizlə güləş azarkeşlərini, xalqımızı sevindirək. Bunun üçün hər cür şərait var. Hazırlıq prosesləri, təlim-məşq toplanışları AGF prezidenti cənab Fazil Məmmədovun və I vitse-prezident cənab Namiq Əliyevin birbaşa nəzarətindədir. Bizim üzərimizə, məşqçilərin və idmançıların üzərinə düşən ən vacib məsələ etimadı doğrultmaqdır".

Görüşün yekunu olaraq, yığma komandalarda nizam-intizama riayət etməyən, fiziki və taktiki hazırlığı üzərində çalışmayan idmançılara qarşı ciddi mövqe nümayiş etdirmək qərara alınıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail