Gənc liderlər arasinda peyntbol çempionati keçirləcək

06.02.2015 | 3706 dəfə oxunub

Azərbaycan Gənc Hüquqşünaslar Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Gənclər təşkilatları arasında Peyntbol idman növü üzrə Çempionat keçirəcək.

 Stadium.Az xəbər verir ki, Çempionatda Azərbaycan Respublikasında fəaliyyət göstərən və dövlət qeydiyyatına alınmış bütün gənclər təşkilatları iştirak edə bilərlər. Çempionatın keçirilməsində əsas məqsəd gənclər arasında hərbi vətənpərvərlik ruhunun artırılması, onların fiziki hazırlıqlarının inkişafına dəstəkdir. Eyni zamanda gənclər peyntbol idman növü vasitəsi ilə asudə vaxtlarını səmərəli istifadə etməklə həmyaşıdlarına vətənpərvərlik sahəsində örnək nümayiş etdirəcəklər.

 Çempionatda gənclər təşkilatlarının nümayəndələri 6 nəfər olmaqla komanda yaradıb iştirak edə bilər. Keçirlməsi nəzərdə tutlan çempionatın ixtisaslaşmış idman növü olduğunu nəzrə alaraq Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Respublikası Peyntbol Federasiyası ilə sıx əməkdaşlıq ediləcəkdir. Məhz bu məqəsdlə də Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikasının Peyntbol Federasiyası tərəfindən çempionatın rəsmi əsasnaməsi təsdiq edilmişdir.

Azərbaycan Respublikasında rəsmi dövlət qeydiyyatına alınmış gənclər təşkilatları 15 fevral 2015-ci ilədək rəsmi qaydada komandalarını qeydiyyatdan keçirməlidir. Qeydiyyat proseduru bitdikdən sonra komandalar arasında keçiriləcək püşkatma prosesində komandaların rəqibləri müəyyən ediləcəkdir. Layihə Gənclər Təşkilatlarının Milli Şurası, Gənclər üçün Təhsil Mərkəzi və İrəli İctimai biriliyi ilə əməkdaşlıq şəraitində həyata keçirilcəkdir.   

Hər həftə davam edən yarışların yarımfinal qalibləri may ayında Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibəti ilə keçirləcək final mərhələsi ilə başa çatacaqdır. Qalib komanda üzvlərinə diplomlar və qiymətli hədiyyələr təqdim olunacaqdır.   

Çempionatda iştirak etmək istəyənlərin nəzərinə!

Çempionatda iştirak etmək, çempionatda iştirak üçün ərizə formasını əldə etmək üçün çempionatın təşkilati işlər üzrə kuratoru Natiq Nəsirovla əlaqə saxlaya bilər.

Telefonlar: 012-537-12-24, 050-398-47-74;

Elektron poçt: [email protected]

 


Qeydiyyat üçün son tarix: 15 fevral 2015-ci il



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail