Olimpiya çempionumuz cəzalandırıldı

09.02.2015 | 3866 dəfə oxunub

Azərbaycanın sərbəst güləş üzrə olimpiya çempionu Toğrul Əsgərovla bağlı tədbir görülüb. Stadium.Az "report"a istinadən xəbər verir ki, bu barədə milli komandanın böyük məşqçisi Firdovsi Umudov məlumat verib. 

Onun sözlərinə görə, yığmanın bugünkü məşq öncəsi keçirilən iclasda nizam-intizamın gücləndirilməsinin vacibliyi vurğulanıb. T.Əsgərova Fransanın paytaxtı Parisdə keçirilmiş Qran Pri turniri zamanı zədəsini səbəb göstərərək, yarışa çıxmaqdan imtinası ilə əlaqədar xəbərdarlıq edilib. 2012-ci il London Yay Olimpiya Oyunlarının qalibinə Azərbaycan Güləş Federasiyasının daxili nizam-intizam qaydaları çərçivəsində cəza kəsilib. Lakin F.Umudov konkret cəzanı açıqlamayıb: 

"Toğrul bildirdi ki, əvvəlki zədəsini Fransadakı yarış zamanı təkrarlanmasından ehtiyatlandığı üçün təsəlliverici görüşə çıxmaq istəməyib. O, məşqlərə daha ciddi yanaşacağını və yenidən olimpiya çempionu olmaq üçün əlindən gələni edəcəyini dedi. Cəzanı isə açıqlamaq istəməzdim. Son olaylardan vicdan əzabı keçirməsi onun ən böyük cəzası sayıla bilər". 

Təcrübəli mütəxəssis hazırda yığmanın təlim-məşq toplanışında olan T.Əsgərovun 5-7 martda Belarusun paytaxtı Minskdə 3 qat olimpiya çempionu Aleksandr Medvedin şərəfinə beynəlxalq turnirdə də sınaqdan keçiriləcəyini açıqlayıb: "Bizə onun daha çox güləşməsi və formaya düşmək üçün təcrübə toplaması lazımdır. Ona görə də Toğrulu Minskdəki turnirə də aparacağıq". 

Qeyd edək ki, Toğrul Əsgərov 31 yanvar - 1 fevralda Fransanın paytaxtı Parisdə keçirilmiş Qran Pridə 70 kq çəki dərəcəsində təsəlliverici görüşə çıxmaqdan imtina edib. O, ayağının ağrıdığını səbəb göstərərək, digər azərbaycanlı güləşçi Ruslan Dibirhacıyevlə qarşılaşmaq istəməyib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail