Azərbaycanda ilk dəfə keçirilən yarışa yekun vuruldu

10.02.2015 | 3389 dəfə oxunub

Dünən aerobika gimnastikası üzrə Bakı Çempionatı və birinciliyi keçirilib. Stadium.Az xəbər verir ki, ölkədə bu idman növü üzrə yarışın ilk dəfə keçirilməsinə baxmayaraq, Milli Gimnastika Arenasında anşlaq izlənilib.

Gimnastları dəstəkləməyə kiçikdən böyüyə hər kəs gəlmişdi. Yəqin, buna görə də zalda isti abu-hava hiss olunurdu. Qeyd etməyə dəyər ki, yarış yüksək səviyyədə keçdi və gimnastlar bu yarışa yaxşı hazırlaşmışdılar. İştirakçılar arasında Beynəlxalq Gimnastika Federasiyasından lisenziyası olmadıqlarına görə müsabiqədən kənar çıxış edənlər var idi.

Yarışların qızıl medalını Anastasiya Koltunova qazandı, Yekaterina Kotlyarova 2-ci yerin, Aleksandra Qorobçuk isə bürünc medalın sahibi oldu. Yeniyetmələr arasında ilk 3 yeri Fatimə Babayeva, Əminə Zamanova və Mələk Kərimova böldülər. Ən kiçik idmançılar arasında isə qaliblər Fəridə Ağayeva, Xədicə Quliyeva və Leyla Bejanova oldu.

1996-cı ildə Beynəlxalq Gimnastika Federasiyasının 70-ci konqresində “aerobika” həmin federasiyanın gimnastika idman növləri siyahısına  rəsmi olaraq daxil edilib və o gündən etibarən bütün dünyada təbliğ olunur.

Azərbaycanda bu idman növü öz inkişafına ötən ildən etibarən başlayıb və artıq bu il aerobika Açıq Azərbaycan Çempionatında və Avropa Oyunlarında təmsil olunacaq. Bu yarışlarda ölkəni 5 nəfərdən ibarət qrup və qarışıq cütlük təmsil edəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail