"Qəbələ"nin gənclərindən 6 medal

10.02.2015 | 3268 dəfə oxunub

Fevralın 7-8-də gənc samboçular arasında Azərbaycan birinciliyi keçirilib. Stadium.Az xəbər verir ki, yarışda "Qəbələ" İdman klubunun üzvləri də iştirak ediblər. Birinciliyə geniş heyətlə qatılan əyalət təmsilçiləri yarışda uğurla çıxış edib. Belə ki, klubun gənc samboçuları birincilikdə 6 medal qazanıb. 

Ceyhun Babakişiyev (82 kq), Vasif Şərbətli (90 kq) və Cəlil Şükürov (100 kq) öz çəki dərəcələrində bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yalnız finalda uduzan Xəzər Həsənovla (52 kq) Sənan Əhmədov (100 kq) ikinci yeri tutublar. 74 kq çəki dərəcəsində çıxış edən Şamil Rəcəbli isə bürünc medalla kifayətlənib.

Beləliklə, “Qəbələ” samboçuları birinciliyi 3 qızıl, 2 gümüş və 1 bürünc medalla başa vurublar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail