"Bakı-2015": "Avropa Oyunlarını təbliğ etmək mənim üçün böyük şərəfdi"

11.02.2015 | 3371 dəfə oxunub

Bakı-2015 Avropa Oyunlarının Əməliyyat Komitəsi daha bir beynəlxalq idman elçisinin adını açıqlayıb. Stadium.Az xəbər verir ki, bu, britaniyalı taekvondoçu Ceyd Consdu.

O, 2012-ci ildə Londonda keçirilən Yay Olimpiya Oyunlarının taekvondo yarışlarının 57 kq çəki dərəcəsində Böyük Britaniyaya  qızıl medal qazandıran ilk idmançı kimi tarixə düşüb. Cons, həmçinin 2011-ci ildə Cənubi Koreyanın Cyoncu şəhərində keçirilən dünya çempionatında və ötən il Bakıda təşkil olunan Avropa çempionatında gümüş medal qazanıb.

Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib ki, Olimpiya çempionunun Bakı-2015-in elçisi olması böyük nailiyyətdi: “Əminəm ki, Ceyd beynəlxalq idman elçisi kimi Avropa Oyunlarını Böyük Britaniyada təbliğ etməkdən zövq alacaq və biz onun bu yay Bakıda keçiriləcək yarışda möhtəşəm performans göstərəcəyinə ümid edirik”.

21 yaşlı taekvondoçu isə ona etimad göstərilməsindən və Bakı-2015-in idman elçisi adına layiq görülməsindən şad olduğunu deyib: “Avropa Oyunlarını təbliğ etmək mənim üçün böyük şərəf olacaq. Qitənin çoxnövlü idman yarışlarının keçirilməsi avropalı idmançılar üçün çox vacibdi və məqsədim taekvondo üzrə I Avropa Oyunlarının çempionu olmaqdı”.

Britaniyanın Olimpiya Assosiasiyasının Bakı-2015 üçün şef de-missionu Mark Enqland da Ceydin beynəlxalq idman elçisi olması yüksək dəyərləndirib: “Bu, britaniyalı idmançıların Avropa Oyunlarına olan həvəsini əks etdirir. Britaniyanın çox güclü idman ənənəsi var. İdman elçisi proqramı qarşıdan gələn Avropa Oyunları barədə ölkədə maraq və həyəcan yaratmağa kömək edəcək”.  

Cons Bakı-2015-in beynəlxalq idman elçiləri seçilmiş fransalı bədii gimnast Kseniya Mustafayeva, danimarkalı kanoeçi Rene Holten Poulsen, serbiyanın 3x3 basketbol komandasının üzvləri Duşan Domoviç Bulut, Marko Saviç, Marko Zdero və Dejan Majstoroviçə qoşulur. Daha çox idman elçilərinin adı yaxın zamanlarda açıqlanacaq.

Qeyd edək ki, idman elçiləri öz idman növlərini təmsil edəcək və Avropa Oyunlarını təbliğ etmək üçün bütün qitədə, o cümlədən sosial mediada həyata keçirilən geniş marketinq kampaniyalarında iştirak edəcəklər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail