Bakı-2015: Avropa Oyunlarını yayımlayacaq ölkələrin sayı 49-a çatdı

12.02.2015 | 3460 dəfə oxunub

Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi bu yay keçiriləcək I Avropa Oyunlarının Yunanıstan və Finlandiyada nümayiş etdirilməsini təmin etmək üçün yayım sazişlərinə imza atıb. Stadium.Az xəbər verir ki, Yunanıstanda əsas ictimai yayım təminatçısı olan NERIT (New Hellenic Radio, Internet and Television) televiziya və onlayn platformaları vasitəsilə Oyunlarının gündəlik olaraq canlı yayımını təmin edəcək. Eyni zamanda, açılış və bağlanış mərasimləri birbaşa yayımlayacaq.

Finlandiyanın ödənişsiz milli yayım şirkəti olan “Yle” də hər 2 mərasimi, həmçinin, gündəlik olaraq yarışların canlı yayımını təmin edəcək və yarışların ən parlaq məqamlarından ibarət video materialları nümayiş etdirəcək. Sözügedən stansiya yerli yayım şirkəti olan “İnternational Sports Broadcasting”in vebsayt və rəqəmsal platformaları vasitəsilə də Oyunların 800 saatlıq canlı yayımını təmin edəcək.

Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib ki, Yunanıstan və Finlandiyanın milli yayım şirkətləri ilə bu müqavilələrin bağlanması Oyunların Avropada milyonlarla evdə nümayiş olunmasına səbəb olacaq: “İdmanın sevildiyi ölkələr olan Yunanıstan və Finlandiyada azarkeşlər bu yayım sazişləri əsasında təmin ediləcək geniş rəqəmsal yayım vasitəsilə öz idmançılarının çıxışlarını dəstəkləyə biləcəklər və bu çox gözəl haldı”.

Digər ölkələr ilə daha əvvəl bağlanmış yayım müqavilələri də daxil olmaqla, bu iki müqavilə birinci Avropa Oyunlarının dünyanın 49 ölkəsində yayımlanacağı və bütün dünyada bir milyarddan artıq tamaşaçının yarışları izləyəcəyi deməkdi.

NERIT şirkətinin baş direktoru Piter Mais yayıma sahib olduqları üçün şad olduqlarını deyib: “Qədim Olimpiya Oyunlarının vətəni sayılan Yunanıstan dünyada tanınan və dəyər verilən zəngin idman tarixinə malikdi. I Avropa Oyunları qitənin idman tarixində mühüm məqamdı və biz Oyunları ölkəmizdə yayımlayacağımız üçün böyük fəxr hissi duyuruq”.

“Yle” şirkətinin idman hüquqları və tərəfdaşlar üzrə meneceri Robert Portman isə Bakı-2015-in Finlandiyada yayımlanmasını ölkəsindəki milyonlarla insanın öz sevimli idmançılarının çıxışlarını izləmələrinə imkan yaradacağını deyib: “I Avropa Oyunları gözəl şəhərdə qeyd olunan möhtəşəm idman bayramı olacaq və biz 17 günlük maraqlı yarışları səbirsizliklə gözləyirik”.

Qeyd edək ki, Avropa Yayım İttifaqının üzvü olan NERIT şirkətinin əsası 2013-cü ilin iyun ayında, Yunanıstanın keçmiş ictimai yayım təminatçısı ERT yayım şirkəti ləğv edildikdən sonra qoyulub. Əsası 1926-cı ildə qoyulan “Yle” şirkəti də Avropa Yayım İttifaqının üzvüdü və Finlandiyada keçirilən Yay Olimpiya Oyunlarını yayımlayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail