Gənclər arasında Azərbaycan çempionatı keçiriləcək

13.02.2015 | 3265 dəfə oxunub

14-15 fevral 2015-ci il tarixdə “Sərhədçi” İdman Olimpiya Mərkəzində gənclər arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək. Stadium.Az xəbər verir ki, yarışın keçirilməsində əsas məqsəd ölkə ərazisində güləş idman növünün təbliği və inkişafına nail olmaq, respublikada fəaliyyət göstərən idman təşkilatlarında təlim-məşq prosesini təkmilləşdirmək və müvafiq yaş qrupu üzrə mükafata layiq yerlər tutmuş idmançıları yığma komandalara cəlb etməkdir.

Çempionat Dünya Güləş Birliyinin mövcud qaydalarına əsasən təşkil olunacaq və şəxsi xarakter daşıyacaq. Yarışda klub və cəmiyyətlərin yığma komandalarının üzvü olan 1995-1997-ci il təvəllüdlü idmançılar iştirak edəcək.

Hər gün səhər saat 10:00-da başlayacaq yarışların təntənəli açılış marasimi fevralın 14-də saat 17:00-da baş tutacaq. Hər çəki dərəcəsində mükafata layiq yerlər tutmuş idmançılar medal və diplomla yanaşı, AGF tərəfindən pul mükafatı ilə də təltif olunacaq və yığma komandanın heyətinə cəlb olunacaq.

Turnirin proqramına əsasən, fevralın 14-də sərbəst, 15-də isə yunan-Roma növü üzrə gənc güləşçilər arasında ən güclülər müəyyənləşəcək.

Cümə / 13.02.2015  
14:00-15:00    Hakimlərin iclası
15:00-16:00    Texniki konfrans
16:00-16:30    Sərbəst güləş üzrə çəki: 50, 55, 60, 66, 74, 84, 96, 120 kq

Şənbə /  14.02.2015
10:00-15:30    Sərbəst güləş üzrə ilkin və təsəlliverici görüşlər: 50, 55, 60, 66, 74, 84, 96, 120 kq
15:30-16:00    Yunan-Roma güləşi üzrə çəki: 50, 55, 60, 66, 74, 84, 96, 120 kq
17:00-17:30    Təntənəli acılış mərasimi
17:30-19:30    Sərbəst güləş üzrə Final görüşləri: 50, 55, 60, 66, 74, 84, 96, 120 kq

Bazar / 15.02.2015
10:00-15:30    Yunan-Roma güləşi üzrə ilkin və təsəlliverici görüşlər: 50, 55, 60, 66, 74, 84, 96, 120 kq
17:00-19:00    Yunan-Roma güləşi üzrə Final görüşləri: 50, 55, 60, 66, 74, 84, 96, 120 kq



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail