USA Knockouts - Baku Fires: heyətlər bəlli oldu

13.02.2015 | 3584 dəfə oxunub

Fevralın 15-də Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində Ümumdünya Boks Seriyasının (WSB) 5-ci turunun görüşü keçiriləcək. Stadium.Az xəbər verir ki, ölkəmizi bu yarışda təmsil edən “Baku Fires” klubu ABŞ-ın USA “Knockouts”  komandasının qonağı olacaq. 

Komandaların heyətləri artıq məlumdur:

USA “Knockouts”  – “Baku Fires”   
49 kq. Niko Hernandes  – Məhəmməd İbiyev   
56 kq. Fransisko Martines  – Tural Əhmədov    
64 kq. Tirek İrbi  - Heybətulla Hacəliyev    
75 kq. Entoni Kempbell – Nikolay Veselov    
91 kq. Coşua Templ -  Abdulqadir Abdullayev  

Mayamidə komandamızın heyətində daha bir boksçu debüt edəcək.  Bu Azərbaycan kubokunun sahibi Tural Əhmədovdur.  Onu rəqibi cari mövsümdə iki qələbə qazanan Martines olacaq.

Amerika komandasının 91 kq çəki dərəcəsindəki boksçusu Coşua Templ də güclü boksçu sayılır. Bu mövsüm aktivində iki qələbəsi olan Templ  2010-cu ildə Sinqapurda yeniyetmələrin Olimpiya oyunlarında da iştirak edib.

Qeyd edək ki, ABŞ klubu 4 turdan sonra 3 qələbə qazanıb. Amerikalılar  yalnız 4-cü turda səfərdə “Astana Arlans”a  0:5 hesabı ilə uduzublar.

Komandamızın heyətində Heybətulla Hacəliyev 3-cü qalibiyyətini əldə etməyə çalışacaq.

Bu həftə B qrupunda “Rafako Hussars Poland”  “İtalia Thunder”i, “Astana Arlans” “Puerto Rico Hurricanes”i, “Caciques Venezuela” isə “Argentina Condors”u qəbul edəcək.   

Turnir cədvəli
1. “Astana Arlans” – 12 xal (döyüşlərin nəticələri 16-4) 
2. USA “Knockouts” – 9 (10-10)
3. “Baku Fires” – 8 (13-7)
4. “Puerto Riko Hurricanes” – 8 (12-8)
5. “İtalia Thunder” – 6 (8-10) 
6. “Rafako Hussars Poland” – 5 (8-12)  
7.  “Venezuela Caciquez” – 4 (6-14) 
8. “Argentina Condors” – 1 (5-13)

Cari çempionatda mübarizənin gərgin keçəcəyinə  dəlalət edən səbəblərdən biri də Olimpiya oyunlarına lisenziyaların verilməsidir. WSB liqasından 17 boksçu mövsümün sonunda Rio Olimpiadasına vəsiqə qazanacaq. 49, 91 və +91 kq çəki dərəcələrində 1 idmançı, digər çəkilərdə isə 2 boksçu planetin ən böyük yarışına lisenziya əldə edəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail