Bakı-2015: Rumıniya Avropa Oyunlarına 300 nəfərlə gəlir

16.02.2015 | 2468 dəfə oxunub

Bolqarıstan millisinin ardınca Rumıniya yığması da I Avropa Oyunlarına gətirəcəyi heyətin sayını açıqlayıb. Stadium.Az xəbər verir ki, rumınlar iyunun 12-28-da Bakıda keçiriləcək yarışa 300 nəfərlik nümayəndə heyəti ilə gələcəklər. Bunların 200 nəfəri idmançı, digər 100-ü məşqçi və personal üzvləri olacaq.

Rumıniyanın Milli Olimpiya Komitəsinin prezidenti Alin Petraçe bu sayın genişliyindən danışaraq, məqsədlərini açıqlayıb: “Təşkilatçıların səyləri sayəsində Rumıniya belə yarışlarda iştirak tarixinin ən böyük nümayəndə heyətinə malik olacaq. Biz istəyirik ki, Bakıdakı Avropa Oyunlarında yüksək əyarlı mükafatlar uğrunda mübarizə aparaq. Məqsədimiz orada xeyli sayda medal qazanmaqdı”.  

Rumıniyanın gənclər və idman naziri Qabriela Sabo da Bakıya təkcə iştirak üçün gəlməyəcəklərini vurğulayıb: “Əminəm ki, möhtəşəm nəticələrdən məmnun qalacağıq”.

Qeyd edək ki, Bolqarıstan yığması Azərbaycana 109 idmançı ilə gələcəyini açıqlamışdı. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail