Avropa Oyunlarının Ulduz Elçisi AVİF-də

16.02.2015 | 3323 dəfə oxunub

Bakı-2015 ilk Avropa Oyunlarının velosiped idmanı üzrə "Ulduz Elçi"si, tanınmış teleaparıcı İlkin Həsəni bu gün Azərbaycan Velosiped İdmanı Federasiyasında qonaq olub. Stadium.Az xəbər verir ki, "Ulduz Elçi" AVIF-in baş katibi Fərhad Əliyevlə görüşüb.

Avropa Oyunlarına hazırlıq işləri ilə bağlı İlkin Həsəniyə ətraflı məlumat verən baş katib, məsul yarışın təbliğat işlərində "Ulduz Elçi"lərin fəaliyyətini yüksək qiymətləndirib. O, oyunlarda Azərbaycanın idman şərəfini 9 velosipedçinin qoruyacağını deyib.

Qeyd edək ki, Avropa Oyunlarının proqramına velosiped idmanının şosse (qrup və fərdi ötüşmə), MTB (dağ velosipedi) və BMX (velo motokross) növləri daxildir. AVIF-in baş katibi yarışların keçiriləcəyi idman qurğularındakı son durumla bağlı "Ulduz Elçi"nin suallarını cavablandırıb, həmçinin Respublika Velotrekindəki yenidənqurma işləri ilə bağlı ətraflı məlumat verib.

Avropa Oyunlarına qədər bütün ictimai və təbliğat işlərində böyük qürur hissi ilə iştirak edəcəyini deyən İlkin Həsəniyə görüşün sonunda AVIF-in xatirə hədiyyələri təqdim edilib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail