"Bakıdakı yarış bu oyunların maraqlı olduğunu Avropaya göstərəcək"

18.02.2015 | 1676 dəfə oxunub

“Bakıda keçiriləcək Avropa Oyunları böyük uğur qazanacaq. Bu yarış idmançıların olimpiadaya daha yaxşı hazırlaşmasına xidmət edəcək”. Stadium.Az xəbər verir ki, bu sözləri Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki deyib.

O, Bakıya son səfəri ilə bağlı müsahibəsində ölkəmizdə keçiriləcək I Avropa Oyunlarına hazırlığın gedişindən məmnun qaldığını bildirib: “Bakıda olduğumuz 2 gündə yarışların keçiriləcəyi idman qurğuları ilə tanış olduq, yarana biləcək problemlərlə maraqlandıq. Gördüklərimizdən çox razı qaldıq.  Bakının hər yerində tikinti işləri aparılır. Bu işə böyük qüvvə sərf olunur. Mən əminəm ki, hər şey qaydasında və vaxtında hazır olacaq”.

Hikki Bakıdakı yarışların gözləniləndən də artıq uğur qazandığını düşünür: “Avropa Oyunları ilə bağlı işlərə başlayanda burada 10 idman növünün olmasını istəyirdik. İndi isə bu rəqəm 20-yə yaxındı. Hətta biz bəzi növlərdən imtina etmək məcburiyyətində qaldıq. Bu da Avropa Federasiyalarının yarışa böyük marağını göstərir. İnanıram ki, 2019-cu ildəki Avropa Oyunlarında atletika və üzgüçülükdə də ən güclü idmançılar çıxış edəcək. Çünki Bakıdakı yarış Avropaya göstərəcək ki, bu oyunlar nə qədər maraqlıdı. Avropa Oyunları idman təqviminin bir hissəsinə çevriləcək. Buna görə də yarışa daha çox maraq cəlb edən növləri daxil edilməsini istəyirik. Gənc idmançılarda da maraq oyatmaq mümkün olacaq. Düşünürəm ki, Bakıdakı Oyunlar avropalı idmançılara Olimpiadada daha çox medal qazanmağa kömək edəcək. Burada qazanılacaq təcrübə onların hazırlığına müsbət təsir etməlidi. Bunun da nəticəsi Rio-de-Janeyro, Tokio və növbəti Olimpiya Oyunlarında maksimum uğur qazanmaqda əks olunacaq. Bizim üçün Olimpiya xartiyasının prinsipləri çox vacibdi. Azərbaycan tərəfi də bizi bu prinsiplərə əmək olunacağına inandırıb”.

Qeyd edək ki, bu il keçiriləcək Avropa Oyunları iyunun 12-28-də baş tutacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

29.05.2020

28.05.2020

27.05.2020

26.05.2020

24.05.2020

12:34  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

22.05.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ